Siyasət

Fatimə Mövlamlı: “Təcridxana rəisinin müavini qadın məhbusları təcavüzlə hədələyib”

23 noyabr, 2026
8

Foto:şəxsi arxiv

“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Fatimə Mövlamlı Bakı İstintaq Təcridxanasında qadın məhbuslara qarşı təzyiq və zorakılıq hədələrinin olduğunu bildirib.
Bu barədə jurnalistin sosial media hesabında paylaşılan məlumatda deyilir.
Onun sözlərinə görə, hadisə noyabrın 20-21-də təcridxananın Tibb-Sanitar Hissəsində baş verib.
Jurnalistin yazdığına görə, “hicaba azadlıq” aksiyalarından sonra həbs edilən Nübar Həsənova və Nərgizxanım Məmmədovanın Lənkəran Penitensiar Kompleksinə, daha bir qadının isə təcridxananın qadın korpusuna köçürülməsi qərarı verilib. Mövlamlı bildirir ki, köçürülməyə etiraz edən qadınlar zorla kameralarından çıxarılıb.
Onun sözlərinə görə, digər qadın məhbuslar həmin axşam təklikdə oturaq aksiya keçirib və köçürülən qadınlarla əlaqə yaratmaq istəyiblər. Məhbuslara ertəsi gün bu əlaqəyə icazə veriləcəyi deyilsə də, vəd yerinə yetirilməyib.
Fatimə Mövlamlı noyabrın 21-də təcridxana rəisinin müavini Cavid Güləliyevin Tibb-Sanitar Hissəsinə gəldiyini yazıb. Jurnalistin iddiasına görə, qadın məhbusların etirazından sonra Güləliyev onların kamerasının qapısını təpikləyib və onlara qarşı cinsi zorakılıq hədəsi səsləndirib.
Mövlamlı qeyd edib ki, Güləliyevin qadınlara zərər verəcəyindən ehtiyatlanaraq onun qarşısını kəsməyə çalışıb:
“Mən həmin vaxt təsadüfən dəhlizdə idim. Amma nə mənim, nə də “Meydan TV işi” üzrə həbs olunan qadın jurnalistlərin etiraz səsi bu canavarı dayandırmağa kifayət etdi. Jurnalistlərin saxlanıldığı kameraların nəfəslikləri bağlandı, yenicə ağır əməliyyatdan çıxmış Aynur Elgünəşin səhhəti pisləşdi.
“Sən öl, tapdalayaram səni. Mənə qadın-kişi fərq eləmir”,- Güləliyev mənə dedi”.

Mövlamlı həmçinin yazıb ki, Güləliyev onu iki dəfə vurmağa cəhd edib, daha sonra isə növbətçi zabitə onun binadan çıxarılması barədə göstəriş verib. Jurnalist təcridxana rəisi Elnur İsmayılovla görüşmək istəsə də, buna nail olmadığını bildirib.
“Mən sizin üçün nə Elnur İsmayılovam, nə Ceyhun Hacıyev ki, nazınızla oynayım. Bundan sonra belədir”, – Mövlamlının yazdığına görə, Cavid Güləliyev Aynur Elgünəşə deyib.
Jurnalistin sözlərinə görə, təhqir olunan inanclı qadınlar axşamadək təkadamlıq kamerada ac və susuz saxlanılıb. O iddia edir ki, onlardan birinə hicabını açmaqla hədə gəlinib, baş verənlərin yayılmasının qarşısını almaq üçün isə saat 16:00-dək telefon xətləri məhdudlaşdırılıb.
Fatimə Mövlamlı Ədliyyə Nazirliyini və nazir Fərid Əhmədovu məsələyə müdaxilə etməyə çağırıb.
“Cavid Güləliyevi dayandırın. Onun səlahiyyət sahibi olduğu yerdə heç kim təhlükəsizlikdə deyil”, - jurnalist yazıb.
Cavid Güləliyev, Bakı İstintaq Təcridxanasının rəhbərliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mövqeyi hələ açıqlanmayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İsa Qəmbərin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub

21 noyabr 2026

Foto: VOA

Müsavat Partiyasının başqanı İsa Qəmbərin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub.  Bu barədə onun özü sosial media hesabında məlumat verib. Siyasətçinin sözlərinə görə, noyabrın 21-ə keçən gecə Berlinə uçmaq üçün Bakı Beynəlxalq Hava Limanına yollansa da, onun ölkəni tərk etməsinə icazə verilməyib. İ.Qəmbər ölkədən çıxışının məhdudlaşdırılması barədə özünə rəsmi izah verilmədiyini yazıb. O, konfransda iştirak üçün Berlinə uçmalı olduğunu bildirib və noyabrın 23-də Azərbaycana qayıdacağını göstərən təyyarə biletini də paylaşımına əlavə edib.  Bu ilin iyununda Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı da Azərbaycanı tərk etmək istəyərkən çıxışına məhdudiyyət qoyulduğunu öyrənib.  Azərbaycanda son illərdə bir sıra müxalif siyasətçilər, jurnalistlər və ictimai fəalların ölkədən...
Siyasət

Elnarə Qasımovanın yazısından: “Rəis qadın məhkumları döyür, yaraları görünməsin deyə “kars”a göndərir”

21 noyabr 2026

Foto: Ülviyyə Əli

4 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi məhkumları “döyür, ardınca cərimə kamerasına (“kars”) göndərir”.  Bu iddia “Abzas Media”nın həbsdə olan jurnalisti Elnarə Qasımovanın sözügedən həbsxanada saxlanılan məhkumlara istinadən qələmə aldığı yazısında yer alıb.  Aprel ayında 4 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Elgiz İsmayılov ədliyyə naziri Fərid Əhmədovun əmri ilə vəzifəsindən azad olunub. Onun yerinə 5 il əvvəl də bu müəssisəyə rəhbərlik etmiş Vaqif İsmayılov təyin olunub. E.Qasımovanın yazdığına görə, V.İsmayılovun bu müəssisədə ilk rəisliyi 1 il 2 ay çəkib və o, çoxsaylı şikayətlərdən sonra vəzifəsindən azad olunub. O, məhkumlara istinadən əlavə edir ki, V.İsmayılov müəssisəyə qayıtdıqdan sonra məhkumlar önündə ilk çıxışında vaxtilə barəsində...

Seçilmiş Videolar

Toplum TV loqo