BMT baş katibi dünya ölkələrini süni intellektə nəzarət üzrə çərçivə yaratmağa çağırıb
sosial media
BMT-nin baş katibi Antonio Quterreş süni intellektin yaratdığı risklərin idarə olunması üçün dünya ölkələrini qarşıdakı bir il ərzində vahid beynəlxalq çərçivə formalaşdırmağa çağırıb.
“Əl-Cəzirə”nin məlumatına görə, Quterreş bu barədə noyabrın 23-də Barbadosun paytaxtı Bridgetaunda keçirilən Süni İntellekt Təhlükəsizliyi üzrə xüsusi sammitdə çıxışı zamanı danışıb.
O, BMT-yə üzv dövlətləri səylərini əlaqələndirməyə, süni intellekt risklərinin idarə olunması üçün ümumi prinsiplər hazırlamağa və müstəqil nəzarət mexanizmi yaratmağa çağırıb.
Baş katib bildirib ki, bu proses bütün ölkələrin iştirakını təmin etməli, süni intellekt sistemlərinin təhlükəsizliyinə etibarlı nəzarəti nəzərdə tutmalıdır. Quterreş texnologiyanın sürətli inkişafı fonunda bəşəriyyətin öz gələcəyi üzərində nəzarəti qorumasının vacibliyini vurğulayıb.
O, beynəlxalq idarəetmə institutlarının da islahatlara ehtiyacı olduğunu deyib. Quterreşin fikrincə, 1945-ci ilin reallıqlarına uyğun formalaşmış mövcud institutlar bugünkü çağırışlara cavab vermək üçün yenilənməlidir. Bu, BMT-yə, beynəlxalq maliyyə və dünya ticarət sistemlərinə də aiddir.
Sammitdə süni intellektin təhlükəsizliyinin qiymətləndirilməsi üçün ortaq sınaq standartlarının hazırlanması, texnologiyanı yaradan və tətbiq edən şirkətlərin məsuliyyətinin artırılması, həmçinin müstəqil qiymətləndirmə mexanizmlərinin tətbiqi müzakirə olunub.
Tədbirin sonunda qəbul edilən “Bridgetaun Fəaliyyət Çağırışı”nda inkişaf etməkdə olan ölkələrin bu sahədə imkanlarının gücləndirilməsi də nəzərdə tutulub. Sənəddə süni intellekt sahəsində texnoloji fərqin azaldılması üçün ilkin mərhələdə təxminən 3 milyard dollar vəsaitin cəlb edilməsi hədəfi irəli sürülüb.
Quterreşin səlahiyyət müddəti dekabrda başa çatır. O bildirib ki, yeni baş katibə verəcəyi əsas tövsiyələrdən biri süni intellekt üzərində beynəlxalq nəzarətin təmin edilməsi olacaq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Trampın müdaxiləsindən sonra Censen Huanq yenidən “Nvidia”nın rəhbəri vəzifəsinə qayıdıb
sosial media
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
"Meydan TV"nin həbsdə olan baş redaktoru əməliyyat olunub
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”
Elnarə Qasımovanın yazısından: “Rəis qadın məhkumları döyür, yaraları görünməsin deyə “kars”a göndərir”
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib