açıq mənbədən götürülüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampı ölkəsinə dəvət edib.
Bu barədə Tramp mayın 5-də “Truth Social” hesabında yazıb.
Tramp qeyd edib ki, türkiyəli həmkarı ilə arasında “çox yaxşı və məhsuldar” telefon zəngi olub və onlar Rusiya-Ukrayna müharibəsi, Suriya, Qəzza zolağı kimi mövzuları müzakirə ediblər.
O əlavə edib ki, Ərdoğan da Vaşinqtona rəsmi səfər üçün gələcək, lakin tarixini qeyd etməyib.
Tramp bildirib ki, onun birinci prezidentliyi dövründə Ərdoğan ilə münasibətləri “əla” olub.
“Biz xeyli məsələdə birlikdə işləmişdik. O, mənim istəyimlə dərhal orada həbsdə olan rahib Andryu Brunsonu ABŞ-a qaytarmışdı. İstənilən halda, mən Prezident Ərdoğanla birlikdə işləyərək Rusiya və Ukrayna arasındakı bu gülünc və ölümcül müharibəni dayandıracağımızı səbirsizliklə gözləyirəm”, - o yazıb.
Ərdoğan da “X” səhifəsində Trampla danışığının “olduqca məhsuldar, geniş və səmimi” olduğunu yazıb.
O, Trampın dünyada “davam edən qarşıdurmalara və müharibələrə son qoymaq üçün göstərdiyi səyləri yüksək qiymətləndirdiyini” və Türkiyənin bölgədə “sülh, sabitlik və əmin-amanlığın bərqərar olması üçün lazımi dəstəyi verməyə hazır olduğunu” vurğuladığını bildirib.
Tramp birinci prezidentliyi dövründə Türkiyəyə səfər etməyib.
Onun yazısında, Türkiyənin beynəlxalq adını 2021-ci ildə dəyişməsinə baxmayaraq, “Turkey” yazması da diqqət çəkib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
EPN
sosial media