sosial media
Mahaçqalada naməlum şəxslər polis ekipajına hücum ediblər. Onlarla polis əməkdaşları ilə atışma olub, itkilər var.
Bu barədə Dağıstan Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.
Dağıstan rəhbəri Sergey Melikov da atışma baş verdiyini təsdiqləyib:
"Mahaçqalada atışmanın hansı şəraitdə baş verdiyini araşdırırıq. İlkin məlumata görə, Daxili İşlər Nazirliyinin əməkdaşları maşını saxlamağa cəhd ediblər, lakin sürücü tabe olmayıb və onlara atəş açıb. Ölənlər var”.
Hücum edənlərin polis avtomobilini oğurlayaraq oradan qaçdıqları bildirilir.
İlkin məlumata görə, Mahaçqalada polis ekipajına hücumu 4 silahlı həyata keçirib. Onlardan ikisinin öldürüldüyü, daha ikisi isə polis maşını ilə hadisə yerindən qaçdığı deyilir.
Dağıstan Səhiyyə Nazirliyinin məlumatına görə, bir polis hadisə yerində ölüb, daha iki polis xəstəxanaya yerləşdirilib.
Bundan əlavə, 17 yaşlı qız da daxil olmaqla iki mülki şəxs yaralanıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Reuters
Toplum TV