EPN
İsrail Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi təhlükəsizlik kabineti Qəzza zolağının hərbi əməliyyatla, tamamilə ələ keçirilməsi haqda qərar qəbul edib.
Netanyahu deyib ki, əməliyyat zamanı Qəzza əhalisi zolağın cənubuna köçürüləcək.
İsrail ordusu, həmçinin on minlərlə ehtiyatda olan hərbçini ordu sıralarına çağırıb.
Mayın 5-də “X” səhifəsində videomüraciət yerləşdirən Baş nazir deyib ki, ordu Qəzza zolağını tərk etməyəcək.
“Bir şey aydındır: giriş-çıxış olmayacaq. Biz ehtiyatda olanları da çağırırıq ki, ərazini tutmağa davam edək. Biz ora ondan ötrü girmirik ki, sonradan çıxaq və nə vaxtsa yenidən girmək zərurəti yaransın”, - o qeyd edib.
Təhlükəsizlik kabinetinin üzvü olan bir rəsmi CNN-ə deyib ki, əməliyyatın məqsədi Qəzza zolağına nəzarət edən HƏMAS-ı zərərsizləşdirmək və orada saxlanılan israilli əsirləri azad etməkdir.
O əlavə edib ki, əməliyyat ABŞ Prezidenti Donald Trampın gələn həftə Orta Şərqə nəzərdə tutulan səfərindən sonraya saxlanılıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
sosial media