Dünya

Ermənistan parlamenti ABŞ ilə TRIPP sazişini ratifikasiya edib

28 Oktyabr, 2026
30

sosial media

Ermənistan Milli Məclisi ABŞ ilə TRIPP - Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu — layihəsi üzrə strateji əməkdaşlığa dair Çərçivə Sazişini ratifikasiya edib.

Səsvermədə 63 deputat sənədin lehinə, 32 deputat isə əleyhinə səs verib.
Sazişi hakim “Vətəndaş Müqaviləsi” fraksiyası dəstəkləyib. Müxalif “Güclü Ermənistan” və “Ermənistan” fraksiyaları isə sənədin əleyhinə səs veriblər.

Sənədi oktyabrın 27-də parlamentdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan təqdim edib. O bildirib ki, TRIPP çərçivəsində Ermənistan ərazisində bərpa ediləcək və ya inşa olunacaq bütün infrastruktur ölkənin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası əsasında fəaliyyət göstərəcək.
Mirzoyanın sözlərinə görə, layihə regional nəqliyyat və kommunikasiya əlaqələrinin açılmasını nəzərdə tutur. Layihə Ermənistanın Azərbaycan ərazisi və infrastrukturundan istifadə etməklə üçüncü ölkələrlə əlaqə yaratmasına, ölkədaxili dəmir yolu şəbəkəsini inkişaf etdirməsinə imkan verə bilər. Azərbaycan isə 

Ermənistan ərazisindən keçməklə Naxçıvanla nəqliyyat bağlantısı əldə edəcək. 
TRIPP layihəsi çərçivəsində “TRIPP Development Company” adlı şirkətin yaradılması planlaşdırılır. Şirkətin səhmlərinin 26 faizi Ermənistana, 74 faizi isə ABŞ tərəfinə məxsus olacaq. Bu nisbət ilkin 49 illik müddət üçün nəzərdə tutulub.

Tərəflər əməkdaşlığı daha 50 il uzatmaq barədə razılığa gəlsələr, Ermənistanın payı əlavə investisiya olmadan 49 faizə, ABŞ tərəfinin payı isə 51 faizə yüksələcək.
Mirzoyan bildirib ki, şirkətin nizamnaməsi və səhmdarlar arasında saziş hələ razılaşdırılmalı, daha sonra qəbul edilməlidir. Onun sözlərinə görə, ABŞ tərəfini təmsil edəcək şirkət ABŞ hökumətinin mülkiyyətində və idarəçiliyində qalacaq.

Çərçivə Sazişi ABŞ dövlət katibi Marko Rubio tərəfindən iyunun 1-də Vaşinqtonda, Ararat Mirzoyan tərəfindən isə iyunun 4-də Yerevanda imzalanıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İspaniyada sürət qatarları toqquşub, azı 40 nəfər həlak olub

28 Oktyabr 2026

sosial media

Oktyabrın 28-də İspaniyanın mərkəzində iki sürət qatarının toqquşması nəticəsində azı 40 nəfər həlak olub.  “Reuters” agentliyinin yaydığı məlumata görə, qəza Toledo əyalətində, Urda yaxınlığında Madrid–Sevilya yüksək sürətli dəmir yolu xəttində baş verib. İlkin məlumatlara əsasən, Renfe dövlət dəmir yolu şirkətinə məxsus qatar dayanmış digər qatarın arxasına çırpılıb. Toqquşma nəticəsində iki vaqon relsdən çıxıb. Castilya-La Mança muxtar bölgəsinin rəsmiləri ölənlərin sayının əvvəlcə 10 nəfər olduğunu, daha sonra isə 46-a yüksəldiyini bildiriblər. Qəzanın səbəbi ilə bağlı araşdırma davam edir. Həlak olanların sayının artacağı ehtimal olunur. Hadisədən sonra Madridlə Əndəlüs bölgəsi arasındakı yüksək sürətli dəmir yolu xəttində hərəkət dayandırılıb. Bu il yanvar ayında...
Dünya

İranda rejissor Cəfər Pənahiyə 5 il 1 ay qiyabi həbs cəzası kəsilib

28 Oktyabr 2026

sosial media

Tehran İnqilab Məhkəməsi azərbaycanəsilli iranlı rejissor Cəfər Pənahini qiyabi olaraq əmlakı müsadirə edilməklə 5 il 1 ay müddətinə azadlıqdan məhrum edib. Bu barədə Pənahinin vəkili Mostafa Niliyə istinadən İranın “Emtedad” agentliyi məlumat yayıb. Məhkəmə həmçinin rejissorun ölkədən çıxışına və sosial şəbəkələrdən istifadəsinə qadağa qoyub. Pənahi bank hesabları dondurulduqdan sonra məhkəmə qərarından xəbər tutub. İttihamın detalları açıqlanmayıb. Nili bildirib ki, hazırda müvəkkili barəsində daha üç cinayət işi üzrə araşdırma aparılır. Rejissorun isə ölkə xaricində olduğu deyilir. Pənahi barədə İranda bundan əvvəl də bir neçə hökm çıxarılıb. O, 2010-cu ildə etiraz aksiyalarında iştirakına görə “hökumət əleyhinə fəaliyyət”də ittiham olunaraq 6 il azadlıqdan...

Seçilmiş Videolar

Toplum TV loqo