Siyasət

HRW: “Azərbaycan dünyəvi təhsil prinsipindən qızları təhsildən məhrum etmək üçün istifadə etməməlidir”

28 Oktyabr, 2026
24

açıq mənbə

“Human Rights Watch” (HRW) beynəlxalq insan hüquqları təşkilatı Azərbaycan hakimiyyətini hicablı şagird və müəllimlərin məktəblərə buraxılmasını təmin etməyə, dinc etirazlara və ya məhdudiyyətlərin tənqidinə görə saxlanılanları azad etməyə çağırıb.
Təşkilat bununla bağlı oktyabrın 27-də açıqlama yayıb.

Açıqlamada bildirilib ki, yeni məktəbli geyimi qaydalarının tətbiqindən sonra ölkənin müxtəlif bölgələrində hicab taxan qızların məktəblərə girişinə icazə verilməyib. HRW bu vəziyyətin təhsil hüququna, din və ya etiqad azadlığına müdaxilə etdiyini, həmçinin ayrı-seçkiliklə bağlı ciddi narahatlıq yaratdığını vurğulayıb.

Təşkilat qeyd edib ki, Nazirlər Kabinetinin sentyabrın 21-də məktəbli formaları ilə bağlı qaydalara etdiyi dəyişikliklərdə hicabın qadağan olunması birbaşa göstərilməsə də, yeni tələblər oktyabrın 12-dən bəzi məktəblərdə hicablı şagirdlərin dərsə buraxılmaması ilə nəticələnib. Oktyabrın 6-da müəllimlər üçün qəbul olunan ayrıca geyim tələblərinin də hicablı müəllimlərə təsir etdiyi bildirilib.

HRW etirazlar zamanı çoxsaylı şəxslərin saxlanılmasına da diqqət çəkib. Təşkilatın məlumatına görə, Daxili İşlər Nazirliyi oktyabrın 12-də Bakıda 37 nəfərin saxlanıldığını açıqlayıb. Müstəqil media orqanları isə həmin gün Bakının mərkəzində yerləşən metro stansiyasının yaxınlığında 200-dən çox şəxsin saxlanıldığını bildirib. Fəalların sözlərinə görə, Nardaranda da 88 nəfər saxlanılıb.

Açıqlamada hicabla bağlı məhdudiyyətləri tənqid edən fəalların saxlanılmasına, eləcə də oktyabrın 12-də “Instagram” və “TikTok” platformalarına girişdə yaranan çətinliklərə dair məlumatlara da yer verilib.

“Azərbaycan qızların təhsil almaq imkanından məhrum edilməsinə haqq qazandırmaq üçün dünyəvi təhsil prinsipindən istifadə etməməlidir”, - HRW bildirib.

Təşkilat Azərbaycan hakimiyyətini hicablı şagird və müəllimlərin məktəblərə buraxılmasını dərhal təmin etməyə, dinc etiraz və ya tənqidə görə saxlanılan şəxsləri azad etməyə, saxlanılanların hüquqi yardıma çıxışını təmin etməyə və sosial şəbəkələrə müdaxilə barədə iddiaları araşdırmağa çağırıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Mirzoyan: “Hikmət Hacıyevin Ermənistandan üzr tələbi sülhə töhfə vermir”

28 Oktyabr 2026

Toplum TV

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistanın Azərbaycan xalqından üzr istəməsi ilə bağlı son bəyanatı sülhə “töhfə vermir”. Mirzoyan əlavə edib ki, artıq paraflanmış sülh sazişinin imzalanması üçün “başqa ilkin şərt ola bilməz”. Mirzoyan bu fikirləri parlamentdə müxalif “Güclü Ermənistan” fraksiyasının deputatı Tiqran Abrahamyanın sualını cavablandırarkən səsləndirib. Abrahamyan Hacıyevin bəyanatından bir gün keçməsinə baxmayaraq, Ermənistan hakimiyyətinin buna cavab vermədiyini qeyd edib və belə ritorikanın sülh prosesinə nə dərəcədə töhfə verdiyini soruşub. Mirzoyan cavab verilməməsi ilə bağlı tənqidləri rədd edib. O bildirib ki, Ermənistan hökuməti yol boyu çətinlik və maneələrin mövcudluğunu nəzərə alaraq “sülh...
Siyasət

Əli Zeynal, İlkin Əmrahov, Ramil Babayev və Fərid İsmayılov: “Fikirdə, hədəfdə, əməldə birlik!”

28 Oktyabr 2026

Toplum TV

“Toplum TV işi” üzrə həbs olunanlardan Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov, Ramil Babayev və jurnalist Fərid İsmayılov Azərbaycandakı demokratik qüvvələrə birlik, qarşılıqlı dəstək çağırışı ilə müraciət ediblər. Onların özlərini “Mütəşəkkil Dəstə” adlandırdıqları təşəbbüsün müraciətində ölkədə repressiyaların genişləndiyi və siyasi məhbus kimi tanınan şəxslərin sayının artdığı bildirilib, demokratik qüvvələr arasında həmrəyliyə çağırış edilib. “Toplum TV” müraciəti olduğu kimi təqdim edir. “Biz “Mütəşəkkil dəstə” təşəbbüsümüzü elan edərkən bildirmişdik ki, ölkədə repressiya son həddədir, həbsxanalar siyasi məhbuslarla doludur və siyasi məhbuslar bu vəziyyəti hüquq müdafiəçiliyi üçün bir fürsətə çevirə bilər. Repressiyanın son həddə olması həm də fəaliyyət sahəsini daraltmaqla ölkənin...

Seçilmiş Videolar

Toplum TV loqo