Siyasət

Putin: “Azərbaycan bizim sabit və yaxşı tərəfdaşımızdır”

28 Oktyabr, 2026
25

kremlin.ru

Rusiya prezidenti Vladimir Putin Azərbaycanı enerji sahəsi də daxil olmaqla bir çox istiqamətlər üzrə ölkəsinin “sabit və yaxşı tərəfdaşı” adlandırıb.

Putin bu fikirləri oktyabrın 27-də Moskvada keçirilən Qaz İxrac edən Ölkələr Forumunun sammitində səsləndirib. O bildirib ki, Moskva və Bakı enerji, o cümlədən qaz sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edir.

Putin Azərbaycan prezidenti  İlham Əliyevlə bu məsələlər ətrafında “fəal dialoq” apardıqlarını deyib.
“O cümlədən enerji və qaz sahəsində əməkdaşlığımızın genişləndirilməsi məsələlərini müzakirə edirik. Burada yaxşı perspektivlər görürük və birgə işə hazırıq”, - Putin bildirib. 

Bu açıqlamalar regional enerji əməkdaşlığı ilə bağlı davam edən müzakirələr fonunda səslənib. Putin vurğulayıb ki, Rusiya Türkiyə qaz bazarında Azərbaycanla rəqabət aparmaqdan daha çox, onunla əməkdaşlıq imkanları görür.

“Biz bir-birimizi rəqib kimi görmürük. Əksinə, əməkdaşlığa hazırıq”, - Rusiya prezidenti qeyd edib. 

Azərbaycan Qaz İxrac edən Ölkələr Forumunda 2015-ci ildən müşahidəçi statusu ilə təmsil olunur. Forumun 12 tamhüquqlu və 8 müşahidəçi üzvü var.

Azərbaycanla Rusiya arasında münasibətlər 2024-cü ilin dekabrında AZAL-a məxsus Bakı-Qroznı reysini həyata keçirən təyyarənin Aktau yaxınlığında qəzaya uğramasından sonra gərginləşib. Qəzada 67 nəfərdən 38-i həlak olub. Azərbaycan tərəfi təyyarənin Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu bildirib.
Gərginlik 2025-ci ilin iyununda Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı keçirilən əməliyyatdan sonra daha da artıb. Həmin əməliyyat zamanı iki azərbaycanlının ölməsi ilə bağlı Bakı Moskvaya nota verib.

Bu ilin iyulunda isə xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra Bakı ilə Moskvanın ikitərəfli münasibətləri “tam normallaşdırdığını” bəyan edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Mirzoyan: “Hikmət Hacıyevin Ermənistandan üzr tələbi sülhə töhfə vermir”

28 Oktyabr 2026

Toplum TV

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistanın Azərbaycan xalqından üzr istəməsi ilə bağlı son bəyanatı sülhə “töhfə vermir”. Mirzoyan əlavə edib ki, artıq paraflanmış sülh sazişinin imzalanması üçün “başqa ilkin şərt ola bilməz”. Mirzoyan bu fikirləri parlamentdə müxalif “Güclü Ermənistan” fraksiyasının deputatı Tiqran Abrahamyanın sualını cavablandırarkən səsləndirib. Abrahamyan Hacıyevin bəyanatından bir gün keçməsinə baxmayaraq, Ermənistan hakimiyyətinin buna cavab vermədiyini qeyd edib və belə ritorikanın sülh prosesinə nə dərəcədə töhfə verdiyini soruşub. Mirzoyan cavab verilməməsi ilə bağlı tənqidləri rədd edib. O bildirib ki, Ermənistan hökuməti yol boyu çətinlik və maneələrin mövcudluğunu nəzərə alaraq “sülh...
Siyasət

Əli Zeynal, İlkin Əmrahov, Ramil Babayev və Fərid İsmayılov: “Fikirdə, hədəfdə, əməldə birlik!”

28 Oktyabr 2026

Toplum TV

“Toplum TV işi” üzrə həbs olunanlardan Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov, Ramil Babayev və jurnalist Fərid İsmayılov Azərbaycandakı demokratik qüvvələrə birlik, qarşılıqlı dəstək çağırışı ilə müraciət ediblər. Onların özlərini “Mütəşəkkil Dəstə” adlandırdıqları təşəbbüsün müraciətində ölkədə repressiyaların genişləndiyi və siyasi məhbus kimi tanınan şəxslərin sayının artdığı bildirilib, demokratik qüvvələr arasında həmrəyliyə çağırış edilib. “Toplum TV” müraciəti olduğu kimi təqdim edir. “Biz “Mütəşəkkil dəstə” təşəbbüsümüzü elan edərkən bildirmişdik ki, ölkədə repressiya son həddədir, həbsxanalar siyasi məhbuslarla doludur və siyasi məhbuslar bu vəziyyəti hüquq müdafiəçiliyi üçün bir fürsətə çevirə bilər. Repressiyanın son həddə olması həm də fəaliyyət sahəsini daraltmaqla ölkənin...

Seçilmiş Videolar

Toplum TV loqo