Helsinki Komitəsi: “Azərbaycan hakimiyyəti vaxt itirmədən səhhəti pisləşən Aynur Elgünəşi azad etməlidir”
sosial media
Norveç Helsinki Komitəsi (NHC) “Meydan TV”nin həbsdə olan baş redaktoru Aynur Elgünəşin səhhətinin ağırlaşdığını bildirərək onun dərhal azadlığa buraxılmasına çağırıb.
Qurumun oktyabrın 28-də yaydığı açıqlamada deyilir ki, jurnalistin fiziki məhdudiyyəti var, o, indiyədək 12-dən çox əməliyyat keçirib, mütəmadi müalicəyə, ixtisaslaşmış tibbi yardıma ehtiyac duyur.
NHC Aynur Elgünəşin səhhətinin son həftələr daha da pisləşdiyini bildirib.
“Vəkillərinin və ailəsinin sözlərinə görə, onun səhhəti son həftələrdə daha da ağırlaşıb və böyrəyindəki ciddi problemə görə təcili əməliyyata ehtiyacı var”, - açıqlamada deyilir.
Komitə jurnalistin siyasi motivli sayılan ittihamlarla üzləşdiyini və bu ittihamları qəbul etmədiyini qeyd edib.
Açıqlamada vurğulanıb ki, Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalistin vəkillərinin bu həftə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətini təmin etməyib.
“Onun həbsdə saxlanılması səhhəti və həyatı üçün ciddi təhlükə yaradır. Azərbaycan hakimiyyətinin onun həyatını qorumaq və ehtiyac duyduğu tibbi yardımı almasını təmin etmək məsuliyyəti var”, - komitə bildirib.
NHC Azərbaycan hakimiyyətini Aynur Elgünəşi vaxt itirmədən azad etməyə çağırıb: “Gecikmə onun səhhəti üçün geri ağır nəticələrə səbəb ola bilər. Çox gec olmadan Aynur Elgünəşi azad edin.”
Aynur Elgünəş 2024-cü il dekabrın 6-da “Meydan TV işi” çərçivəsində saxlanılıb. Ona qarşı qaçaqmalçılıq və digər maliyyə cinayətləri ilə bağlı ittihamlar irəli sürülüb. Jurnalist ittihamları qəbul etmir və həbsinin peşə fəaliyyəti ilə əlaqəli olduğunu bildirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Toplum TV
Əli Zeynal, İlkin Əmrahov, Ramil Babayev və Fərid İsmayılov: “Fikirdə, hədəfdə, əməldə birlik!”
Toplum TV
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
Ələsgər Məmmədli Ombudsmana: “Apellyasiya Məhkəməsində silsilə hüquq pozuntularına yol verilir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar