sosial media
Tehran İnqilab Məhkəməsi azərbaycanəsilli iranlı rejissor Cəfər Pənahini qiyabi olaraq əmlakı müsadirə edilməklə 5 il 1 ay müddətinə azadlıqdan məhrum edib.
Bu barədə Pənahinin vəkili Mostafa Niliyə istinadən İranın “Emtedad” agentliyi məlumat yayıb. Məhkəmə həmçinin rejissorun ölkədən çıxışına və sosial şəbəkələrdən istifadəsinə qadağa qoyub.
Pənahi bank hesabları dondurulduqdan sonra məhkəmə qərarından xəbər tutub. İttihamın detalları açıqlanmayıb.
Nili bildirib ki, hazırda müvəkkili barəsində daha üç cinayət işi üzrə araşdırma aparılır. Rejissorun isə ölkə xaricində olduğu deyilir.
Pənahi barədə İranda bundan əvvəl də bir neçə hökm çıxarılıb. O, 2010-cu ildə etiraz aksiyalarında iştirakına görə “hökumət əleyhinə fəaliyyət”də ittiham olunaraq 6 il azadlıqdan məhrum edilib. Rejissor iki ay həbsdə qaldıqdan sonra şərti azadlığa buraxılıb.
Həmin vaxt ona ölkədən çıxmaq, film çəkmək və ssenari yazmaq qadağan edilmişdi. Pənahi 2022-ci ildə yenidən məhkum olunub, 2023-cü ilin əvvəlində azadlığa çıxıb.
Cəfər Pənahi “Qızıl Palma Budağı”, “Qızıl Ayı” və “Qızıl Şir” mükafatlarının sahibidir. Onun “Taksi” filmi 2015-ci ildə Berlin Film Festivalının əsas mükafatı olan “Qızıl Ayı”ya layiq görülüb. “Üç üz” filmi isə 2018-ci ildə Kann Film Festivalında ən yaxşı ssenari mükafatını qazanıb.
Rejissorun son filmi “Sadə bir təsadüf” 2025-ci ildə Kann Film Festivalının əsas mükafatını alıb və iki “Oskar” mükafatına namizəd göstərilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
Ələsgər Məmmədli Ombudsmana: “Apellyasiya Məhkəməsində silsilə hüquq pozuntularına yol verilir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar