Dünya

Gürcüstanda müxalifət lideri məhkəmə zalında həbs olunub

23 May, 2025
70

Foto: AP

Gürcüstan müxalifətinin liderlərindən biri Zurab Caparidze mayın 22-də məhkəmə zalında həbs olunub. 

“Dəyişiklik üçün Koalisiya”nın liderlərindən olan Caparidze Gürcüstan parlamentinin Müvəqqəti İstintaq Komissiyasının qanuni tələblərinə əməl etməməkdə günahlandırılır.

O, komissiyanın iclaslarına qatılmaqdan imtina edib. 

Buna görə Tbilisi Şəhər Məhkəməsi Caparidzenin barəsində əvvəllər 20,000 lari məbləğində girov təyin edib. 

Mayın 22-də isə girov ləğv edilərək, həbs qətimkan tədbiri seçilib.

Gürcüstan Cinayət Məcəlləsinin 349-cu maddəsinə əsasən, parlamentin istintaq komissiyasının qanuni tələblərinə əməl etməmək bir ilə qədər azadlıqdan məhrumetmə və ya üç ilə qədər vəzifə və fəaliyyət qadağası ilə cəzalandırıla bilər.

Caparidze məhkəmə zalında qandallanarkən “Biz sonda qalib gələcəyik” deyə qışqırıb. 

Məhkəmə önündə izdiham yaşanıb, polis etirazçılardan ikisini saxlayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

ABŞ Harvarda xarici tələbə qəbulunu qadağan edib

23 May 2025

Foto: açıq mənbədən götürülüb

ABŞ hökuməti Harvard Universitetinə əcnəbi tələbələri qəbul etməyi qadağan edib.  “Fox News” xəbər verir ki, Milli Təhlükəsizlik Departamenti universitetə məktub göndərərək Harvardda tələbə vizası proqramını "terrorçu davranış" iddiası ilə ləğv edib. Bu qərar, təxminən 6,800 beynəlxalq tələbənin təhsil və viza statusunu təhlükə altına qoyur.  Qurumun bu addımı federal hökumətlə Harvard Universiteti arasında artan gərginliyin bir hissəsidir. Prezident Donald Trump administrasiyası Harvardı anti-Amerika və terrorizmə dəstək verən fəaliyyətlərə icazə verməkdə və Çinlə əməkdaşlıqda ittiham edir.  Milli Təhlükəsizlik Departamenti Harvarddan beynəlxalq tələbələrin qeyri-qanuni fəaliyyətləri ilə bağlı geniş məlumat təqdim etməsini tələb edib və 72 saatlıq müddət verib. Əgər universitet bu tələbləri yerinə...
Dünya

HRW: Rusiyanın Ukraynaya hücumları nəticəsində mülki itkilər 57% artıb

22 May 2025

Foto: Reuters

2025-ci ilin yanvar-aprel aylarında Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi hücumlar nəticəsində mülki əhali arasında ölüm və yaralanma halları 2024-cü ilin eyni dövrü ilə müqayisədə 57% artıb.  Bu barədə “Human Rights Watch” (HRW) insan haqları təşkilatının yeni hesabatında bildirilir. HRW 1 fevral - 4 aprel 2025-ci il tarixləri arasında baş vermiş dörd Rusiya hücumunun təfərrüatlarını araşdırıb. Bu hücumlar nəticəsində azı 47 nəfər həlak olub, 180-dən çox mülki şəxs isə yaralanıb.  Təkcə fevralın 4-də İzyum şəhərinin mərkəzinə endirilən raket zərbəsi nəticəsində 6 nəfər ölüb, 57 nəfər yaralanıb. Rusiya tərəfi bu hücumun Ukrayna əsgərlərinə və xarici döyüşçülərə qarşı yönəldiyini iddia etsə də, HRW...

Seçilmiş Videolar

Toplum TV loqo