Dünya

HRW: Rusiyanın Ukraynaya hücumları nəticəsində mülki itkilər 57% artıb

22 May, 2025
51

Foto: Reuters

2025-ci ilin yanvar-aprel aylarında Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi hücumlar nəticəsində mülki əhali arasında ölüm və yaralanma halları 2024-cü ilin eyni dövrü ilə müqayisədə 57% artıb. 

Bu barədə “Human Rights Watch” (HRW) insan haqları təşkilatının yeni hesabatında bildirilir.

HRW 1 fevral - 4 aprel 2025-ci il tarixləri arasında baş vermiş dörd Rusiya hücumunun təfərrüatlarını araşdırıb. Bu hücumlar nəticəsində azı 47 nəfər həlak olub, 180-dən çox mülki şəxs isə yaralanıb. 

Təkcə fevralın 4-də İzyum şəhərinin mərkəzinə endirilən raket zərbəsi nəticəsində 6 nəfər ölüb, 57 nəfər yaralanıb.

Rusiya tərəfi bu hücumun Ukrayna əsgərlərinə və xarici döyüşçülərə qarşı yönəldiyini iddia etsə də, HRW və yerli hakimiyyət orqanları bu iddiaları təkzib edib. 

Hücumun hədəfi kimi göstərilən “Kremyanets” otelinin 2022-ci ildən fəaliyyət göstərmədiyi və yaxınlıqdakı hərbi obyektin hücum yerindən təxminən bir kilometr uzaqda yerləşdiyi bildirilib.

HRW bu hücumları beynəlxalq humanitar hüququn pozuntusu kimi qiymətləndirir. Təşkilat, bu cür hücumların müharibə cinayətləri kateqoriyasına daxil ola biləcəyini vurğulayır.

HRW ABŞ prezidenti Donald Trampın administrasiyası da daxil olmaqla, Ukrayna ilə bağlı danışıqlarda iştirak edən tərəfləri Rusiyanın beynəlxalq humanitar hüquqa riayət etməsinə və mülki əhaliyə qarşı hücumları dayandırmasına təzyiq göstərməyə çağırır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

ABŞ-da İsrail səfirliyinin iki əməkdaşı güllələnib

22 May 2025

Foto: Reuters

ABŞ-ın paytaxtı Vaşinqtonda İsrail səfirliyinin iki işçisi tapançadan açılan atəşlə öldürülüb. Hadisə Vaşinqton vaxtı ilə mayın 21-i gecə saatlarında, Yəhudi Muzeyinin yaxınlığında baş verib.  Bildirilir ki, öldürülən şəxslər nişanlanmağa hazırlaşan gənc cütlük olub.  Hadisəni törətməkdə şübhəli kimi Çikaqo şəhərindən olan 30 yaşlı şəxs saxlanılıb.  Polis bildirir ki, şəxs özü təslim olub və "Azad, azad Fələstin" deyə qışqırıb.  “Bu açıq-aşkar antisemitizmə əsaslanan, dəhşətli Vaşinqton qətlləri dərhal dayandırılmalıdır! Nifrətə və radikalizmə ABŞ-da yer yoxdur. Qurbanların ailələrinə başsağlığı verirəm,” – ABŞ Prezidenti Donald Tramp sosial mediada yazıb.  “Bu, ikrah doğuracaq bir nifrət və antisemitizm aktıdır", - İsrail Prezidenti Ayzek Hersoq "X" səhifəsində qeyd...
Dünya

Litva gürcü diplomatlar və rəsmilər üçün vizasız rejimi ləğv etdi

22 May 2025

Foto: açıq mənbədən götürülüb

Litva hökuməti Gürcüstanın diplomat və dövlət məmurları üçün vizasız rejimi ləğv edib.  Bu qərar Avropa İttifaqı Şurasının 2025-ci ilin yanvarında qəbul etdiyi, Gürcüstan rəsmilərinə qarşı viza rejiminin sərtləşdirilməsi qərarına əsaslanır. Yeni qaydalara görə, Gürcüstanın diplomatları və dövlət məmurları, həmçinin onların ailə üzvləri Litvaya qısamüddətli səfərlər üçün viza almalı olacaqlar.  Bundan əlavə, onlar artıq uzunmüddətli vizaların alınması üçün sadələşdirilmiş prosedurlardan istifadə edə bilməyəcəklər. Bu addım, Gürcüstan hökumətinin 2024-cü ildə Avropa İttifaqına inteqrasiya prosesindən imtina etməsi və ölkədə baş verən kütləvi etirazlara qarşı tətbiq olunan repressiyalara cavab olaraq atılıb.  Litva, Latviya və Estoniya Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edən ilk ölkələr olub....

Seçilmiş Videolar

Toplum TV loqo