Foto: ssg.gov.ge
Gürcüstanın Batumi şəhərində radioaktiv uran daşıyan iki şəxsin həbs olunduğu bildirilir.
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti iyulun 17-də biri gürcü, digəri xarici vətəndaş olmaqla iki nəfəri saxladığını bildirib. Onlar nüvə materiallarının qanunsuz alqı-satqısında ittiham olunur.
Dövlət orqanının məlumatına görə, saxlanılan şəxslər dindirilmə zamanı uranı 3 milyon ABŞ dolları məbləğində satmağı planlaşdırdıqlarını etiraf ediblər.
Hazırda istintaqın davam etdiyi bildirilir.
Nüvə materiallarının qanunsuz alqı-satqısına görə, Gürcüstan Cinayət Məcəlləsində beş ildən on ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Sovet İttifaqının dağılmasından sonra Gürcüstanda Sovet elmi-tədqiqat institutlarının bir sıra filialları fəaliyyətini dayandırıb və ölkə ərazisində radioaktiv material qaçaqmalçılığı yayılmağa başlayıb.
2019-cu ildə Batumi yaxınlığındakı Kobuleti qəsəbəsində iki Gürcüstan vətəndaşı 40 qram radioaktiv uranı 2,8 milyon ABŞ dollarına satmağa cəhd etdikləri zaman saxlanılıb.
2016-cı ildə isə üçü Gürcüstan, üçü Ermənistan vətəndaşı olmaqla altı nəfər 1,6 kiloqram Uran-2 200 milyon ABŞ dollarına satmaq cəhdi ilə əlaqədar olaraq saxlanılıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: AFP/Getty Images
Foto: khamenei.ir