Foto: Reuters
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanı Naxçıvanla birləşdirəcək dəhlizin ABŞ şirkətinə icarəyə verilməsi təklifinə münasibət bildirib.
İyulun 16-da mətbuat üçün keçirdiyi brifinqdə danışan Paşinyan bunun Azərbaycanla müzakirə olunan variantlardan sadəcə biri olduğunu deyib.
Hazırda Ermənistanda xeyli yerdə “autsorsinq” (xidmətlərin bir şirkətə ötürülməsi) tətbiq olunduğunu xatırladan baş nazir bu halların bəzilərinin uğurlu, bəzilərinin isə uğursuz alındığını bildirib.
“Məsələn, Zvartnots Hava Limanının idarəçiliyi “autsorsinq” edilib. Mən düşünmürəm ki, burada Ermənistanın suverenliyi, yurisdiksiyası və ya ərazi bütövlüyü hansısa şəkildə pozulub. Su təchizatı sisteminin idarəçiliyi də “autsorsinq” olunub. Keçmişdə Haypostun idarəçiliyində də “autsorsinq” təcrübəmiz olub və s. Ermənistanın dəmir yollarının idarəçiliyi də “autsorsinq”ə verilib”, - o qeyd edib.
“Burada incə bir məqam var: həm Ermənistanın dəmir yolları, həm Zvartnots Hava Limanı, həm də su təchizatı sistemi hələ də Ermənistan Respublikasının mülkiyyətində qalır – bunu qeyd etmək çox vacibdir,” – o əlavə edib.
Bu konteksdə, Paşinyan Azərbaycanı Naxçıvanla birləşdirəcək və Ermənistan üzərindən keçəcək yol infrastrukturunun icarəyə verilə biləcəyini istisna etməyib.
“Hazırda, xüsusilə icarə məsələsi, o cümlədən torpaq icarəsi ilə bağlı çoxlu müzakirələr gedir. Mən qeyd etmək istəyirəm ki, Ermənistan qanunvericiliyinə əsasən, mənim indi bəhs etdiyim bu hal tikinti hüququ adlanır. Bu hüququn məntiqinə görə, həmin hüquq çərçivəsində edilən sərmayələr müqavilə müddəti başa çatdıqdan sonra Ermənistanın mülkiyyətində qalır və ya ona keçir,” – deyə baş nazir bildirib.
O, müzakirələrin davam etdiyini və son razılığın hələ əldə olunmadığını deyib.
İyulun 11-də ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak jurnalistlərə deyib ki, ABŞ sözügedən dəhlizin idarəetməsini yüz illik icarəyə götürə bilər.
Azərbaycan tərəfi xəbərə hələki münasibət bildirməyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Anadolu Ajansı
Foto: EP