Məhkəmə

Təcridxana rəhbərliyi jurnalistə: “Ürəyimiz istəmir, sərinkeşi buraxmırıq” 

17 İyul, 2025
87

Foto: sosial media

“Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı Bakı İstintaq Təcridxanası rəhbərliyinin ailəsinin gətirdiyi sərinkeşi buraxmadığını bildirib. 

“Abzas Media”nın xəbərinə görə, jurnalist bunu ailə üzvlərinə deyib. 

Məlumatda deyilir ki, təcridxana rəisinin müavini Əhəd Abdıyev jurnalistin sərinkeşə niyə icazə verilmədiyi barədə sualına “ürəyimiz belə istəyir” deyə cavab verib. 

“Keçən il ürəyimiz istədi, sərinkeşi içəri buraxdıq, bu il isə ürəyimiz belə istəyir, icazə vermirik”, - deyə onun cavab verdiyi bildirilir. 

Həmçinin, Abdıyevin Vaqifqızının kamerasına gələrək sərinkeşin içəri buraxılmamasının "prinsip məsələsi” olduğunu deməsi qeyd olunur. 
 
“Dedim ki, nəyin prinsipini edirsiniz? Rəis dustaqla niyə prinsip aparmalıdır?”, - Vaqifqızı sual edib. 
 
Jurnalistin sözlərinə görə, Abdıyev ona təcridxana hesabına sərinkeş verə biləcəklərini deyib. Vaqifqızı isə onlardan “heç bir şey istəmədiyini, ailəsinin ona gətirdiyi sərinkeşin içəri buraxılmasını” tələb edib. Jurnalist əlavə edib ki, sərinkeş qadağan olunmuş əşyaların siyahısında deyil və içəri ötürülməsinə icazə verilməlidir.
 
“Mənim ailəmin aldığı sərinkeşi içəri keçirmək haqqım var. Necə olur ki, bir ay yarımda 3 dəfə o sərinkeşi gətizdirirəm, ailəmi çöldə günün altında gözlədirsiniz, axırda da sərinkeşi içəri buraxmırsınız? Sizin buna ixtiyarınız yoxdur”, - Vaqifqızı Abdıyevə bildirib. 
 
“Mən əgər haqqımı kiməsə güzəştə getsəydim, bu saat həbsdə olmazdım. Sizdən də heç bir sərinkeş götürməyəcəyəm. Burada 153 qadın məhbus var. Bu yay hələ heç birinə bir dənə də sərinkeş verilməyib. Necə olur ki, rəis gəlib ancaq mənə sərinkeş vermək istəyir? Mənə lazım deyil bu. Bütün kameralara od yağır, hamı istidən bişir. Heç kimə müəssisə hesabına sərinkeş verilmir, bircə mənə veriləcək? Bu, dövlət büdcəsidir, sizin şəxsi büdcəniz deyil. Sərinkeş verilməlidirsə, hamıya verilməlidir, tək mənə yox. Nə vaxt ki, buradakı 153 qadının hamısına sərinkeş veriləcək, o zaman mən də götürərəm”, - deyə o əlavə edib. 

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. 

Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media"nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar ilkin olaraq qaçaqmalçılıq olmaqla bir sıra maddələrlə ittiham olunublar. 

Həbs olunan şəxslər ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə həbs olunduqlarını deyirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Avropa Məhkəməsi Taleh Bağırzadənin xeyrinə qərar verib

17 İyul 2025

Foto: açıq mənbə

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Müsəlman Birliyi Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə və jurnalist Fikrət Fərəməzoğlunun birgə şikayətinə baxıb.  İyulun 15-də dərc olunan qərarda AİHM ərizəçilərin xeyrinə qərar verib.  Bağırzadə və Fərəməzoğlu şikayətlərində müvafiq olaraq 2015 və 2016-cı illərdə polis tərəfindən saxlanılan zaman, o cümlədən həbs müddətində, işgəncəyə məruz qaldıqlarını bildiriblər. Onlar, həmçinin, işgəncə faktlarının aidiyyatı qurumlar tərəfindən araşdırılmadığını iddia ediblər.  Hökumət tərəfi məhkəməyə cavabında ərizəçilərin iddialarını rədd edib, sadəcə qeyd edib ki, Bağırzadə və digər Müsəlman Birliyi Hərəkatı üzvləri saxlanılan zaman polisə silahla müqavimət göstəriblər və buna görə yaralanıblar.  AİHM pis rəftarla bağlı tutarlı sübutların olmasına baxmayaraq prokurorluq...
Məhkəmə

Azər Qasımlı: “Əslində zərərçəkən mənəm”

16 İyul 2025

Foto: VOA

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının cinayət işi üzrə məhkəmə baxışı başlayıb. APA-nın xəbərinə görə, iyulun 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən iştirak etməyib.      Azər Qasımlının vəkili Rövşanə Rəhimli vəsatət qaldıraraq müvəkkilinin şüşə arxasından çıxarılaraq onların yanında əyləşməsini xahiş edib. Onun digər vəsatəti müdafiə tərəfinin verdiyi sənədlərin sübutlar siyahısına əlavə olunması ilə bağlı olub. Məhkəmə vəkilin ilk vəsatətini təmin edib və təqsirləndirilən şəxs vəkillərin yanında əyləşib.  Digər vəsatət isə baxılmamış saxlanılıb. Daha sonra prokuror Valeh Ələkbərov ittiham aktını elan edib. İttiham aktına əsasən, Azər Qasımlı qabaqcan əlbir olan bir qrup şəxs halında...

Seçilmiş Videolar

Toplum TV loqo