Siyasət

İmamoğluna 1 il 8 ay həbs cəzası verildi 

16 İyul, 2025
113

Foto: Anadolu Ajansı

Həbsdə olan İstanbul meri, Cümhuriyyət Xalq Partiyasından (CHP) prezidentliyə namizəd Əkrəm İmamoğluna 1 il 8 ay həbs cəzası verilib. 

İyulun 16-da baş tutan məhkəmədə İmamoğlunun İstanbul Baş prokuroru Akın Gürlek haqqında dediyi ifadələrə baxılıb. 

Məhkəmə İmamoğlunu “hədəf göstərmə” ittihamından bəraətə layiq görsə də, “dövlət qulluqçusuna təhqir” üzrə 1 il 5 ay, “hədələmə” ittihamı üzrə isə 2 ay 15 gün həbs cəzası verib. Ona siyasi fəaliyyət qadağası qoyulmayıb. 

"Türkiyə Cümhuriyyəti tarixində belə bir təcrid yoxdur; susdurulan, danışmağa imkan verilməyən, vəsiqəlik şəklindən belə qorxulan bir Əkrəm İmamoğlu var", - mer öz müdafiəsində deyib. 

Dövlət ittihamçısı İmamoğlunun 7 il 4 aya qədər həbslə cəzalandırılması, dövlət vəzifəsindən kənarlaşdırılması, seçmək və seçilmək hüququndan məhrum edilməsini tələb edirdi. 

Bu, İmamoğlunun ittiham olunduğu cinayət işlərindən sadəcə biridir. İstanbul meri əlavə olaraq üç işdə ittiham olunur. 

Bu işlərdə o, Türkiyə Ali Seçki Qurumu üzvlərini təhqir etməkdə, məhkəmə hakimiyyətinə və tenderlərə qanunsuz müdaxilədə ittiham olunur. 

Bundan əlavə, o, iki iş üzrə dindirilir. Bu işlərdə o, “terror təşkilatına yardım” və “cinayət təşkilatı yaradıb idarə etmək”də ittiham olunur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Paşinyan nəqliyyat dəhlizinin icarəyə verilməsini istisna etmir 

16 İyul 2025

Foto: Reuters

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanı Naxçıvanla birləşdirəcək dəhlizin ABŞ şirkətinə icarəyə verilməsi təklifinə münasibət bildirib.  İyulun 16-da mətbuat üçün keçirdiyi brifinqdə danışan Paşinyan bunun Azərbaycanla müzakirə olunan variantlardan sadəcə biri olduğunu deyib.  Hazırda Ermənistanda xeyli yerdə “autsorsinq” (xidmətlərin bir şirkətə ötürülməsi) tətbiq olunduğunu xatırladan baş nazir bu halların bəzilərinin uğurlu, bəzilərinin isə uğursuz alındığını bildirib.  “Məsələn, Zvartnots Hava Limanının idarəçiliyi “autsorsinq” edilib. Mən düşünmürəm ki, burada Ermənistanın suverenliyi, yurisdiksiyası və ya ərazi bütövlüyü hansısa şəkildə pozulub. Su təchizatı sisteminin idarəçiliyi də “autsorsinq” olunub. Keçmişdə Haypostun idarəçiliyində də “autsorsinq” təcrübəmiz olub və s. Ermənistanın dəmir yollarının idarəçiliyi də “autsorsinq”ə verilib”,...
Siyasət

Aİ ölkələri Rusiyaya qarşı sanksiya paketində razılığa gələ bilməyib 

16 İyul 2025

Foto: EP

Avropa İttifaqı (Aİ) ölkələri növbəti dəfə Rusiyaya qarşı 18-ci sanksiyalar paketi barədə razılığa gələ bilməyib.  İyulun 15-də Brüsseldə bir araya gələn Aİ ölkələrinin xarici işlər nazirlərinin əksəriyyəti razılıq versə də, Slovakiya və Malta buna qarşı çıxıb.  Slovakiya Rusiya qazının Avropaya satışının tamamilə qadağan edilməsindən yarana biləcək zərərə görə Aİ-dən kompensasiya təminatları tələb edib. Malta isə Rusiya neftinə tətbiq olunan qiymət məhdudiyyətinin sərtləşdirilməsinin tanker donanmasına zərbə vura biləcəyindən narahatlığını bildirib. Sanksiyalar paketinin müzakirəsi iyulun 16-da Aİ səfirləri səviyyəsində davam edəcək. Sanksiyaların 18-ci paketi Rusiya neftinə qarşı elastik qiymət tavanının tətbiqi, “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinin fəaliyyətinə qadağa, eləcə...

Seçilmiş Videolar

Toplum TV loqo