Foto: Reuters
2025-ci ilin yanvar-aprel aylarında Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi hücumlar nəticəsində mülki əhali arasında ölüm və yaralanma halları 2024-cü ilin eyni dövrü ilə müqayisədə 57% artıb.
Bu barədə “Human Rights Watch” (HRW) insan haqları təşkilatının yeni hesabatında bildirilir.
HRW 1 fevral - 4 aprel 2025-ci il tarixləri arasında baş vermiş dörd Rusiya hücumunun təfərrüatlarını araşdırıb. Bu hücumlar nəticəsində azı 47 nəfər həlak olub, 180-dən çox mülki şəxs isə yaralanıb.
Təkcə fevralın 4-də İzyum şəhərinin mərkəzinə endirilən raket zərbəsi nəticəsində 6 nəfər ölüb, 57 nəfər yaralanıb.
Rusiya tərəfi bu hücumun Ukrayna əsgərlərinə və xarici döyüşçülərə qarşı yönəldiyini iddia etsə də, HRW və yerli hakimiyyət orqanları bu iddiaları təkzib edib.
Hücumun hədəfi kimi göstərilən “Kremyanets” otelinin 2022-ci ildən fəaliyyət göstərmədiyi və yaxınlıqdakı hərbi obyektin hücum yerindən təxminən bir kilometr uzaqda yerləşdiyi bildirilib.
HRW bu hücumları beynəlxalq humanitar hüququn pozuntusu kimi qiymətləndirir. Təşkilat, bu cür hücumların müharibə cinayətləri kateqoriyasına daxil ola biləcəyini vurğulayır.
HRW ABŞ prezidenti Donald Trampın administrasiyası da daxil olmaqla, Ukrayna ilə bağlı danışıqlarda iştirak edən tərəfləri Rusiyanın beynəlxalq humanitar hüquqa riayət etməsinə və mülki əhaliyə qarşı hücumları dayandırmasına təzyiq göstərməyə çağırır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Reuters
Foto: açıq mənbədən götürülüb
“Abzas Media işi”ndə şahidlər dindirilib
Ülviyyə Əli: “1 sutkada 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam”
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
Bakının tarixi məhəllələri sökülmək təhlükəsi ilə üz-üzədir
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub