Foto: BBC
İran hökuməti ən az 18 şəhərdə ictimai yerlərdə it gəzdirməyi qadağan edib.
Paytaxt Tehranda analoji qərar 2019-cü ildən qüvvədə olsa da, yeni qərar İsfahan, Həmədan, İlam və Kerman kimi şəhərləri də əhatə edib.
Qərara əsasən, itləri ictimai yerlərdə - küçələrdə, tarixi və mədəni abidələrin ərazilərində, parklarda, bazarlarda və ticarət obyektlərində – gəzdirmək qadağandır. Həmçinin, ev heyvanlarının ictimai nəqliyyatda daşınması da qadağan edilib.
Rəsmilər qadağanın “ictimai asayişin qorunması, təhlükəsizliyin təmin edilməsi və ictimai sağlamlığın mühafizəsi” üçün zəruri olduğunu bildirirlər.
Qaydalara əməl etməyən vətəndaşlara qarşı görüləcək tədbirlər arasında cərimə, həbs, nəqliyyat vasitələrinin və itlərin müsadirəsi nəzərdə tutulur.
İranın Ali lideri Ayətullah Əli Xamenei əvvəlki çıxışlarında it saxlamağın çobanlıq, ovçuluq və ya mühafizə kimi məqsədlərdən başqa hallarda “qınanmalı” olduğunu bildirib.
2021-ci ildə isə onlarla millət vəkili ev heyvanı saxlamağı İran və İslam həyat tərzinə zərər vura biləcək “dağıdıcı sosial problem” kimi görərək pisləmişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: AP
Foto: Indianexpress
Ülviyyə Əli: “1 sutkada 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam”
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub
Ruslan İzzətli oğluna məktub yazıb: “Fərqli düşünməyin cəzası həbsxanadır”