Foto: BBC
Gürcüstanın Şengen zonası ölkələrinə vizasız gediş rejimi ləğv oluna bilər.
Belə ki, Polşa Baş naziri Donald Task iyunun 11-də parlamentdə çıxışında Gürcüstan və başqa ölkələrin vizasız rejiminin ləğv olunması üçün Avropa Parlamentində çoxluq yaratmağa çalışdığını deyib.
“Buna görə məndən inciyəcək gürcülərdən üzr istəyirəm, amma ümumilikdə, mən viza rejiminin sərtləşdirilməsinin tərəfdarıyam. Xüsusən də, Gürcüstan nümunəsində olduğu kimi, artıq avtoritar hakimiyyətlərə dair standartlara hörmət etməyən və ya miqrasiyanın ölkəmizdə və ya Avropada hüquq və asayişə birbaşa təhdid yaratdığı ölkələr üçün bu məhdudiyyətlərin tətbiqini dəstəkləyirəm,” - o bildirib.
Mövzu ilə bağlı jurnalistlərin sualına cavab verən Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Herçinski belə bir ehtimalın mövcudluğunu təsdiqləyib.
“Gürcüstan artıq bir neçə ildir ki, Aİ ilə imtiyazlı münasibətlərdən faydalanır. Biz gürcülərlə Avropaya vizasız səyahət və azad ticarət zonasının imkanlarını paylaşmışıq. Üç il əvvəl Gürcüstan Aİ-yə namizəd ölkə statusu almaq üçün müraciət etdi və biz rəsmi olaraq ona namizəd ölkə statusu verdik. Lakin təəssüf ki, son dövrlərdə, təxminən bir ildir ki, Aİ ilə Gürcüstan arasında münasibətlər yaxşı getmir,” – Herçinski bildirib.
Onun sözlərinə görə, Aİ artıq bir neçə aydır ki, üzv dövlətlərin “Gürcüstan hökumətini Aİ-dən uzaqlaşdıran addımlar, qərarlar və qanunlara cavab olaraq nə etməli olduğu məsələsini” müzakirə edir.
Aİ 2017-ci ildə Gürcüstan vətəndaşları üçün Şengen zonası ilə vizalı rejimi ləğv edib.
Vizasız rejimin dayandırılması üçün Aİ üzv dövlətlərinin əksəriyyətinin dəstəyi tələb olunur. Bu isə o deməkdir ki, 27 üzv dövlətdən ən azı 15-i bu qərarı dəstəkləməlidir.
Aİ bu yaxınlarda diplomatik pasportlu Gürcüstan vətəndaşları üçün vizasız rejimi ləğv edib.
Son illərdə Gürcüstan hökumətinin müstəqil media və vətəndaş cəmiyyətini hədəfə alan “xarici agentlər” qanunu, həmçinin, “LGBT təbliğatı əleyhinə” qanununu qəbul etməsi Aİ ilə münasibətləri pisləşdirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: president.az
Foto: Financial Times
Ülviyyə Əli: “1 sutkada 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam”
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub
Ruslan İzzətli oğluna məktub yazıb: “Fərqli düşünməyin cəzası həbsxanadır”