İran Xameneinin öldürülməsinə görə 159 ABŞ və İsrail vətəndaşını ittiham edir
sosial media
İranın keçmiş ali rəhbəri Əli Xameneinin və ailə üzvlərinin öldürülməsi ilə bağlı cinayət işi üzrə 159 nəfər barəsində ittiham aktı hazırlanıb. Onlardan 92-si ABŞ, 67-si isə İsrail vətəndaşıdır.
İranın “Tasnim” agentliyinin məlumatına görə, bunu ölkənin Məhkəmə-Hüquq Sisteminin sözçüsü Seyid Əli Kazemi açıqlayıb.
Kazemi bildirib ki, prokurorluq mərhələsində aparılan araşdırmalar və hüquqi prosedurlar başa çatdıqdan sonra təqsirləndirilən şəxslər barəsində ittiham aktı tərtib olunaraq iş baxılması üçün İslam İnqilabı Məhkəməsinə göndərilib.
Onun sözlərinə görə, məhkəmə araşdırması təkcə Əli Xameneinin deyil, ailə üzvlərinin öldürülməsi ilə bağlı epizodları da əhatə edir.
Sözçü qeyd edib ki, iş çərçivəsində Xameneinin gəlini Zəhra Həddad Adilin, qızı Seyid Bəşra Hüseyni Xameneinin, nəvəsinin və kürəkəni Misbahülhüda Baqiri Kəninin öldürülməsi də araşdırılır.
Kazemi həm hüquqi, həm də cinayət-prosessual istiqamətdə araşdırmaların davam etdiyini deyib.
İran rəsmilərinin məlumatına görə, Əli Xamenei 2026-cı il fevralın 28-də ABŞ və İsrailin İrana qarşı keçirdiyi birgə hərbi əməliyyat zamanı Tehranda öldürülüb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Rubinyan: “Ermənistan Konstitusiya ilə bağlı Azərbaycanın yanaşmasını qəbul etmir”
sosial media
Türkiyənin müxalifətyönlü “Sözcü TV”sinə polis əməliyyatı: İdarəçilik dövlət nəzarətinə verilib
sosial media
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
"Meydan TV"nin həbsdə olan baş redaktoru əməliyyat olunub
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib