Dünya

İsrail mətbuatı: "Netanyahunun HƏMAS-ın 7 oktyabr hücumundan öncədən xəbəri olub"

9 Sentyabr, 2026
10

IsraeliPM/Youtube

İsrailin “Haaretz” nəşri baş nazir Benyamin Netanyahunun HƏMAS-ın 7 oktyabr hücumu barədə əvvəlcədən xəbərdar edildiyini iddia edən araşdırma dərc edib.

Sentyabrın 8-də yayımlanan yazıda bildirilir ki, 2023-cü ilin 7 oktyabr tarixində baş tutan hücumdan təxminən 10 gün əvvəl Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Netanyahuya zəng vurub və onunla 45 dəqiqə danışıb. 

"Həmin söhbət zamanı bin Zayed xəbərdarlıq edib ki, HƏMAS-ın Qəzzadakı lideri Yəhya Sinvar İsrailə qarşı genişmiqyaslı əməliyyat planlaşdırır. Bin Zayed narahatlığını ifadə edib ki, hadisə təkcə qan tökülməsinə səbəb olmayacaq, həm də bütün regionun stabilliyini pozacaq və "İbrahim Sazişləri"ni zəiflədəcək", - məqalədə yazılıb. 

“Haaretz” araşdırmada adları açıqlanmayan üç yüksək rütbəli xarici diplomatik mənbəyə istinad edib.

Məlumata görə, Netanyahu BƏƏ liderinə cavabında İsrailin hər bir ssenariyə hazır olduğunu deyib, lakin sonradan xəbərdarlıq barədə öz təhlükəsizlik orqanlarına məlumat verməyib. 

Netanyahu sentyabrın 9-da "X" səhifəsində "Haaretz"ə qarşı məhkəmə iddiası qaldıracağını xəbər verib. O, bin Zayedlə belə bir söhbətin ümumiyyətlə baş tutmadığını iddia edib. 

7 oktyabr hücumu zamanı İsrailin Qəzza ilə sərhədə yaxın ərazilərində yaşayan 1800 mülki şəxs öldürülüb və yüzlərlə israilli HƏMAS tərəfindən əsir götürülüb. 

Sonrakı iki il ərzində İsrail Qəzzanı bombalamağa davam edib. Nəticədə 70 mindən çox fələstinli həyatını itirib. Onların 20 mindən çoxu azyaşlılar olub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Tramp: "İranla müharibədə qalib gələndə neftin qiyməti aşağı düşəcək"

8 Sentyabr 2026

whitehouse.gov

ABŞ prezidenti Donald Tramp iddia edib ki, ölkəsi İran üzərində qələbə qazandıqda dünya bazarlarında neftin qiyməti aşağı düşəcək.  Tramp bunu sentyabrın 8-də sosial media hesabında yazıb.  "İranla müharibədə qələbə qazandığımız zaman neft qiymətləri kəskin şəkildə aşağı düşəcək. Necə ki, qalan hər şeyin qiyməti aşağı düşür, amma neftin qiyməti lap çox aşağı düşəcək. Bir qallon (təxminən 3,8 litr - red.) üçün neftin qiyməti 3 dollar olacaq, lakin nəticə etibarilə 2 dollardan da aşağı düşəcək. Bütün bunlar çox tez baş verəcək və İranın heç vaxt nüvə silahı olmayacaq", - o qeyd edib.  İran fevralın sonunda ABŞ və İsrail tərəfindən hücumlara məruz qalmağına...
Dünya

ABŞ-nin sabiq müdafiə naziri: “İranla müharibə daha altı ay davam edə bilər”

7 Sentyabr 2026

war.gov

ABŞ-nin sabiq müdafiə naziri və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Leon Panetta İranla müharibəsinin daha altı ay davam edə biləcəyini deyib. O, “The Guardian”a müsahibəsində bildirib ki, prezident Donald Trampın altı aydan çox əvvəl başladığı müharibə İraq və Əfqanıstandakı kimi Yaxın Şərqdə növbəti “daimi” və uğursuz müharibəyə çevrilmək riski daşıyır. “ABŞ və İran müharibəni başa çatdırmaq üçün çox az imkanın olduğu ağır dalana dirəniblər”, – Panetta deyib. Onun fikrincə, Trampın üç seçimi var: hərbi əməliyyatları dayandıraraq müharibənin uğursuz olduğunu qəbul etmək, tərəflərin qarşılıqlı zərbələr endirdiyi mövcud dalanı uzatmaq və ya Hörmüz boğazına nəzarəti ələ keçirərək İranın onu bağlamaq imkanını aradan...

Seçilmiş Videolar

Toplum TV loqo