Siyasət

Cəmil Həsənli: "Milyardlar xərclənmiş 70 rayonun bircəciyi yoxdur ki, öz xərcini özü ödəsin" 

8 Sentyabr, 2026
12

sosial media

"Dövlət rəsmisi müşavirədə deyir ki, pambıqçılıq, fındıqçılıq, baramaçılıq kimi sahələrdə böyük dövlət proqramları qəbul edilib. Amma o “böyük dövlət prpqramlar”ı necə qəbul edilibsə, ötən il 6-8 manata olan fındığın satınalma qiyməti 2 manata düşüb. Axı, 2 manatla bu biçarə kəndli hansı dərdinə çarə qılsın?" 

Bu sözləri Milli Şuranın sədri Cəmil Həsənli sosial media hesabında hökumətin kənd təsərrüfatı ilə bağlı siyasətini şərh edərək yazıb. 

"Kəndlinin malının bir ildə 3-4 dəfə ucuzlaşması nə ilə bağlıdır? Bazarda fındığın qiyməti ucuzlaşıbmı? Yox! İxrac qiymətləri aşağı düşübmü? Yox! Fındıqçılıqla məşğul olan Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax, Oğuz, qismən Xaçmaz rayonlarının əhalisi həyəcan içindədir. Bu rayonlarda insanların minimum dolanışığı fındıqdan çıxırdı. İndi onu da monopolist tədarükçülər 2 manata salandan sonra kəndlinin yıxılıb ölməkdən başqa yolu qalmır", - o əlavə edib. 

C.Həsənli baramaçılığı da nümunə verərək qeyd edib ki, bu sahə üzrə də dövlət proqramının qəbul olunmasına baxmayaraq, istehsal azalmağa davam edib. 

"Bəs axı baramaçılığın inkişafına 100 milyonlarla dollar vəsait ayrılmışdı, Çindən 3,5 miyon tut tingi gətirilməli idi. Vəsait getdi, amma baramaçılıq inkişaf etmək əvəzinə aşağı düşdü. Niyə? Ona görə ki, Azərbaycan məmurları baramaçılıq üçün ayrılmış vəsaitləri barama qurdundan tez basıb yedi", - o yazıb. 

"Bütün dövlət proqramları belədir. Proqram qəbul olunur, amma yerinə yetirilməsinin hesabatı verilmir. 15-20 il əvvəl neft pulları gələndə regionların “inkişafına” 70-75 milyard dollar vəsait “xərcləndi”. Hamı fikirləşirdi ki, bütün Azərbaycan güllük-gülüstanlığa çevriləcək. Amma bu qədər vəsait xərclənmiş 70 rayonun bircəciyi yoxdur ki, öz xərcini özü ödəsin, öz büdcəsini doldura bilsin. Ən yaxşı halda o xərclənən 70-75 milyard dollarlıq vəsaitdən qapıları artıq çoxdan qıfıllanmış olimpiya stadionları qaldı", - siyasətçi əlavə edib. 

May ayında Azərbaycan prezidenti İlham Əliyev kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün dövlət proqramını təsdiqləyib. 

48 səhifəlik sənəddə qeyd olunur ki, dövlət proqramının məqsədləri “aqrar sahənin dayanıqlı və rəqabətqabiliyyətli inkişafının təmin edilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, daxili istehsal potensialının artırılması və aqrar sahədə məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılmasıdır”.

Proqram çərçivəsində kənd təsərrüfatına 5,9 milyard manat həcmində sərmayə qoyulması, bunun 2,2 milyard manatının dövlət hesabına təmin olunması nəzərdə tutulur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Avropa Məhkəməsi keçmiş “Nardaran məhbusları” üçün 10 min avrodan çox təzminat kəsib

8 Sentyabr 2026

euneighbourseast.eu

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) sentyabrın 8-də vaxtilə "Nardaran işi" üzrə həbs olunmuş iki inanclı fəalın şikayəti əsasında qərar verib.  Ərizəçilər Şamil Abduləliyev və Aqil İsmayılov 2015-ci ilin noyabrında polisin Nardaranda Müsəlman Birliyi Hərəkatına (MBH) qarşı keçirdiyi reyd zamanı həbs olunublar. Onlar 2021-ci ildə əfv fərmanı ilə azadlığa çıxıblar.  Fəallar ərizələrində bildirib ki, həmin vaxt bir evdə dini mərasimdə iştirak edirmişlər və bu zaman polis tərəfindən üzərilərinə atəş açılıb. Ş.Abduləliyev insident zamanı güllə yarası alıb.  Onlar iddia ediblər ki, polis onları həbs edərkən həddən artıq güc tətbiq edib, saxlanma zamanı aldıqları xəsarətlərlə bağlı onlara lazımi tibbi yardım göstərilməyib, eləcə də...
Siyasət

Macarıstan Rusiya səfirliyinin 10 əməkdaşını ölkədən çıxarır

8 Sentyabr 2026

pykmancenter

Macarıstan Rusiya səfirliyinin 10 əməkdaşını ölkədən çıxarmaq qərarına gəlib. Bu barədə Macarıstanın xarici işlər naziri Anita Orban sosial media hesabında məlumat yayıb. Nazirliyin Rusiyanın Budapeştdəki səfirini qərarla bağlı məlumatlandırdığı bildirilib. Macarıstan hakimiyyəti həmin şəxslərin Vyana Konvensiyasına əsasən diplomat statusu ilə uzlaşmayan fəaliyyətlə məşğul olduğunu hesab edir. Anita Orban qeyd edib ki, adları və vəzifələri açıqlanmayan 10 əməkdaşın ölkəni tərk etməsi tələbi “Macarıstanın təhlükəsizliyinin və suverenliyinin təmin edilməsinə xidmət edir”. Onun sözlərinə görə, bu qərar Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi demək deyil. “Macarıstan qarşılıqlı hörmətə və müəyyən olunmuş qaydalara əməl edilməsinə əsaslanan zəruri dialoqu davam etdirmək niyyətindədir”, - nazir yazıb. Rusiyanın...

Seçilmiş Videolar

Toplum TV loqo