Dünya

Tramp: "İranla müharibədə qalib gələndə neftin qiyməti aşağı düşəcək"

8 Sentyabr, 2026
41

whitehouse.gov

ABŞ prezidenti Donald Tramp iddia edib ki, ölkəsi İran üzərində qələbə qazandıqda dünya bazarlarında neftin qiyməti aşağı düşəcək. 

Tramp bunu sentyabrın 8-də sosial media hesabında yazıb. 

"İranla müharibədə qələbə qazandığımız zaman neft qiymətləri kəskin şəkildə aşağı düşəcək. Necə ki, qalan hər şeyin qiyməti aşağı düşür, amma neftin qiyməti lap çox aşağı düşəcək. Bir qallon (təxminən 3,8 litr - red.) üçün neftin qiyməti 3 dollar olacaq, lakin nəticə etibarilə 2 dollardan da aşağı düşəcək. Bütün bunlar çox tez baş verəcək və İranın heç vaxt nüvə silahı olmayacaq", - o qeyd edib. 

İran fevralın sonunda ABŞ və İsrail tərəfindən hücumlara məruz qalmağına cavab olaraq Hörmüz boğazını əksər ölkələrin tankerlərinə bağlayıb. Nəticədə dünya bazarlarında neft və qazın qiyməti kəskin şəkildə qalxıb. Dünya üzrə neft və qaz tədarükünün təxminən beşdə biri Hörmüz boğazı vasitəsilə həyata keçirilirdi. 

Apreldə tərəflər arasında atəşkəs əldə olunsa da və İran Hörmüz boğazını açmağa razılıq versə də, sonradan atəşkəs pozulub və İran boğazı açmaqdan imtina edib. 

Sentyabrın 8-ə olan məlumata görə, dünya bazarlarında "Brent" markalı neftin bir barel üçün qiyməti 97,61 dollar təşkil edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İsrail mətbuatı: "Netanyahunun HƏMAS-ın 7 oktyabr hücumundan öncədən xəbəri olub"

9 Sentyabr 2026

IsraeliPM/Youtube

İsrailin “Haaretz” nəşri baş nazir Benyamin Netanyahunun HƏMAS-ın 7 oktyabr hücumu barədə əvvəlcədən xəbərdar edildiyini iddia edən araşdırma dərc edib. Sentyabrın 8-də yayımlanan yazıda bildirilir ki, 2023-cü ilin 7 oktyabr tarixində baş tutan hücumdan təxminən 10 gün əvvəl Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Netanyahuya zəng vurub və onunla 45 dəqiqə danışıb.  "Həmin söhbət zamanı bin Zayed xəbərdarlıq edib ki, HƏMAS-ın Qəzzadakı lideri Yəhya Sinvar İsrailə qarşı genişmiqyaslı əməliyyat planlaşdırır. Bin Zayed narahatlığını ifadə edib ki, hadisə təkcə qan tökülməsinə səbəb olmayacaq, həm də bütün regionun stabilliyini pozacaq və "İbrahim Sazişləri"ni zəiflədəcək", - məqalədə yazılıb.  “Haaretz” araşdırmada adları...
Dünya

ABŞ-nin sabiq müdafiə naziri: “İranla müharibə daha altı ay davam edə bilər”

7 Sentyabr 2026

war.gov

ABŞ-nin sabiq müdafiə naziri və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Leon Panetta İranla müharibəsinin daha altı ay davam edə biləcəyini deyib. O, “The Guardian”a müsahibəsində bildirib ki, prezident Donald Trampın altı aydan çox əvvəl başladığı müharibə İraq və Əfqanıstandakı kimi Yaxın Şərqdə növbəti “daimi” və uğursuz müharibəyə çevrilmək riski daşıyır. “ABŞ və İran müharibəni başa çatdırmaq üçün çox az imkanın olduğu ağır dalana dirəniblər”, – Panetta deyib. Onun fikrincə, Trampın üç seçimi var: hərbi əməliyyatları dayandıraraq müharibənin uğursuz olduğunu qəbul etmək, tərəflərin qarşılıqlı zərbələr endirdiyi mövcud dalanı uzatmaq və ya Hörmüz boğazına nəzarəti ələ keçirərək İranın onu bağlamaq imkanını aradan...

Seçilmiş Videolar

Toplum TV loqo