Siyasət

"QHT işi”: Qalib Bayramova 8 il şərti həbs cəzası verilib

9 Sentyabr, 2026
7

sosial media

Sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində “QHT işi” üzrə ittiham olunan, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Bayramovun işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

APA-nın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, Qalib Bayramova 2 il müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə, 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun cəzası 3 il sınaq müddəti seçilməklə, şərti hesab olunub. Onun barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək iltizam tədbiri ilə əvəzlənib.

Ötən prosesdə prokuror məhkəmədən Q.Bayramovun 5 ili sınaq müddəti olmaqla 9 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilməsini istəmişdi.

Qalib Bayramov Cinayət Məcəlləsinin 193-1.3.2-ci ( Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə) və 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur. 

Bir neçə il öncə xitam verilmiş "QHT işi" 2025-ci ilin martında yenidən açılıb. İş çərçivəsində bir sıra vətəndaş cəmiyyəti fəalları həbs olunub, digərləri isə polis nəzarətinə verilib və ya barələrində axtarış elan olunub.

Təqsirləndirilən şəxslər bir qayda olaraq ittihamları rədd edirlər, hakimiyyətin sifarişi ilə təqib olunduqlarını deyirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

ABŞ ordusu İranın 5 neft tankerini vurub, SEPAH cavab zərbələri endirib

9 Sentyabr 2026

DVIDS/arxiv

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 9-da Hərbi Dəniz Qüvvələrinə məxsus gəmiyə hücumlara cavab olaraq İrana aid beş neft tankerinə zərbə endirdiyini açıqlayıb. CENTCOM-un məlumatına görə, son iki gündə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ hərbi gəmisinə iki dəfə ballistik raket atıb. Bildirilir ki, gəmi hücumlardan yayınıb, şəxsi heyət arasında xəsarət alan olmayıb. Qurum Oman körfəzində “Kaviz”, “Charminar”, “Horizon 1” və “Riesco” tankerilərinin, Harp adası yaxınlığında isə “Derya” tankerinin məhv edildiyini bildirib. ABŞ hərbçiləri bu tankerlərin SEPAH-ı və onun regiondakı tərəfdaşlarını maliyyələşdirən “kölgə şəbəkəsi”nin bir hissəsi olduğunu deyir. “Radio Farda”nın məlumatına görə, SEPAH isə İordaniya və Bəhreyndəki hərbi bazalara raket zərbələri...
Siyasət

Cəmil Həsənli: "Milyardlar xərclənmiş 70 rayonun bircəciyi yoxdur ki, öz xərcini özü ödəsin" 

8 Sentyabr 2026

sosial media

"Dövlət rəsmisi müşavirədə deyir ki, pambıqçılıq, fındıqçılıq, baramaçılıq kimi sahələrdə böyük dövlət proqramları qəbul edilib. Amma o “böyük dövlət prpqramlar”ı necə qəbul edilibsə, ötən il 6-8 manata olan fındığın satınalma qiyməti 2 manata düşüb. Axı, 2 manatla bu biçarə kəndli hansı dərdinə çarə qılsın?"  Bu sözləri Milli Şuranın sədri Cəmil Həsənli sosial media hesabında hökumətin kənd təsərrüfatı ilə bağlı siyasətini şərh edərək yazıb.  "Kəndlinin malının bir ildə 3-4 dəfə ucuzlaşması nə ilə bağlıdır? Bazarda fındığın qiyməti ucuzlaşıbmı? Yox! İxrac qiymətləri aşağı düşübmü? Yox! Fındıqçılıqla məşğul olan Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax, Oğuz, qismən Xaçmaz rayonlarının əhalisi həyəcan içindədir. Bu rayonlarda...

Seçilmiş Videolar

Toplum TV loqo