Avropa Məhkəməsi keçmiş “Nardaran məhbusları” üçün 10 min avrodan çox təzminat kəsib
euneighbourseast.eu
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) sentyabrın 8-də vaxtilə "Nardaran işi" üzrə həbs olunmuş iki inanclı fəalın şikayəti əsasında qərar verib.
Ərizəçilər Şamil Abduləliyev və Aqil İsmayılov 2015-ci ilin noyabrında polisin Nardaranda Müsəlman Birliyi Hərəkatına (MBH) qarşı keçirdiyi reyd zamanı həbs olunublar. Onlar 2021-ci ildə əfv fərmanı ilə azadlığa çıxıblar.
Fəallar ərizələrində bildirib ki, həmin vaxt bir evdə dini mərasimdə iştirak edirmişlər və bu zaman polis tərəfindən üzərilərinə atəş açılıb. Ş.Abduləliyev insident zamanı güllə yarası alıb.
Onlar iddia ediblər ki, polis onları həbs edərkən həddən artıq güc tətbiq edib, saxlanma zamanı aldıqları xəsarətlərlə bağlı onlara lazımi tibbi yardım göstərilməyib, eləcə də həbs və saxlanma zamanı onlarla pis rəftar edilib və hakimiyyət orqanları onların pis rəftarla bağlı şikayətləri üzrə səmərəli araşdırma aparmayıb.
Hökumət isə AİHM-ə cavabında bu versiyanı təkzib edib və polisin MBH üzvləri tərəfindən silahlı hücuma məruz qaldığını iddia edib.
AİHM qərarında ərizəçilərə qarşı Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi (işgəncə və qeyri-insani rəftarın qadağan olunması) üzrə hüquq pozuntusunu tanıyıb.
Məhkəmə qərarında göstərib ki, polis fəallara qarşı həddən artıq güc tətbiq edib, lazımi tibbi yardım göstərməyib və aiddiyəti orqanlar şikayətlərlə bağlı əsaslı araşdırma aparmayıb. Ərizəçilərin saxlanma dövründə qeyri-insani rəftara məruz qalmaları ilə bağlı iddia isə təmin olunmayıb.
Məhkəmə yekunda ərizəçilərin hər birinə mənəvi zərərə görə 10 min, hüquqi xərclərə görə isə 1500 avro təzminat təyin edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
pykmancenter
Toplum TV
İlham Əliyevin açılışını etdiyi hoteli tikən şirkət ödənişini ala bilmədiyini bildirir
Hüquq müdafiəçisi: “SOCAR-da 50-60 yaşlı insanları ərizə yazdırıb işdən çıxarırlar”
Həyat yoldaşı: “Ələsgər Məmmədli təcridxanada növbəti dəfə ürək tutması keçirib”
Heyvan bazarları onlayn satışa keçir: Nəticəsi nə olacaq?
Həyat yoldaşı: "Ələsgər Məmmədli iki gündür qida qəbul edə bilmir, boğulma halları davam edir"