Siyasət

ABŞ ordusu İranın 5 neft tankerini vurub, SEPAH cavab zərbələri endirib

9 Sentyabr, 2026
8

DVIDS/arxiv

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 9-da Hərbi Dəniz Qüvvələrinə məxsus gəmiyə hücumlara cavab olaraq İrana aid beş neft tankerinə zərbə endirdiyini açıqlayıb.

CENTCOM-un məlumatına görə, son iki gündə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ hərbi gəmisinə iki dəfə ballistik raket atıb. Bildirilir ki, gəmi hücumlardan yayınıb, şəxsi heyət arasında xəsarət alan olmayıb.

Qurum Oman körfəzində “Kaviz”, “Charminar”, “Horizon 1” və “Riesco” tankerilərinin, Harp adası yaxınlığında isə “Derya” tankerinin məhv edildiyini bildirib.
ABŞ hərbçiləri bu tankerlərin SEPAH-ı və onun regiondakı tərəfdaşlarını maliyyələşdirən “kölgə şəbəkəsi”nin bir hissəsi olduğunu deyir.

“Radio Farda”nın məlumatına görə, SEPAH isə İordaniya və Bəhreyndəki hərbi bazalara raket zərbələri endirildiyini, iki hərbi gəmiyə və səkkiz tankerə hücum olunduğunu açıqlayıb. Qurum həmçinin Hörmüz boğazındakı “qadağan olunmuş və təhlükəli zona”dan keçməyə çalışan 10 tankerin hədəfə alındığını bildirib.

İordaniya Silahlı Qüvvələri İranın 20 ballistik raket atdığını, onlardan 18-nin zərərsizləşdirildiyini açıqlayıb. Digər iki raket isə insanların olmadığı açıq əraziyə düşüb.

ABŞ və İran atəşkəs və Hörmüz boğazının açılmasına dair qarşılıqlı anlaşma imzalasalar da, sonradan bir-birinə zərbələr endirməyə davam ediblər. Avqustun 20-də ABŞ prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı iqtisadi əməliyyatın başladığını elan edib. Tehran bunu “iqtisadi terrorizm” adlandırıb.

Tramp sentyabrın 1-də bildirib ki, İranı danışıqlara məcbur etməyə çalışmır. O, ABŞ-nin Hörmüz boğazına “demək olar ki, tam nəzarət etdiyini” və İran iqtisadiyyatının “tamamilə çökdüyünü” iddia edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Cəmil Həsənli: "Milyardlar xərclənmiş 70 rayonun bircəciyi yoxdur ki, öz xərcini özü ödəsin" 

8 Sentyabr 2026

sosial media

"Dövlət rəsmisi müşavirədə deyir ki, pambıqçılıq, fındıqçılıq, baramaçılıq kimi sahələrdə böyük dövlət proqramları qəbul edilib. Amma o “böyük dövlət prpqramlar”ı necə qəbul edilibsə, ötən il 6-8 manata olan fındığın satınalma qiyməti 2 manata düşüb. Axı, 2 manatla bu biçarə kəndli hansı dərdinə çarə qılsın?"  Bu sözləri Milli Şuranın sədri Cəmil Həsənli sosial media hesabında hökumətin kənd təsərrüfatı ilə bağlı siyasətini şərh edərək yazıb.  "Kəndlinin malının bir ildə 3-4 dəfə ucuzlaşması nə ilə bağlıdır? Bazarda fındığın qiyməti ucuzlaşıbmı? Yox! İxrac qiymətləri aşağı düşübmü? Yox! Fındıqçılıqla məşğul olan Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax, Oğuz, qismən Xaçmaz rayonlarının əhalisi həyəcan içindədir. Bu rayonlarda...
Siyasət

Avropa Məhkəməsi keçmiş “Nardaran məhbusları” üçün 10 min avrodan çox təzminat kəsib

8 Sentyabr 2026

euneighbourseast.eu

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) sentyabrın 8-də vaxtilə "Nardaran işi" üzrə həbs olunmuş iki inanclı fəalın şikayəti əsasında qərar verib.  Ərizəçilər Şamil Abduləliyev və Aqil İsmayılov 2015-ci ilin noyabrında polisin Nardaranda Müsəlman Birliyi Hərəkatına (MBH) qarşı keçirdiyi reyd zamanı həbs olunublar. Onlar 2021-ci ildə əfv fərmanı ilə azadlığa çıxıblar.  Fəallar ərizələrində bildirib ki, həmin vaxt bir evdə dini mərasimdə iştirak edirmişlər və bu zaman polis tərəfindən üzərilərinə atəş açılıb. Ş.Abduləliyev insident zamanı güllə yarası alıb.  Onlar iddia ediblər ki, polis onları həbs edərkən həddən artıq güc tətbiq edib, saxlanma zamanı aldıqları xəsarətlərlə bağlı onlara lazımi tibbi yardım göstərilməyib, eləcə də...

Seçilmiş Videolar

Toplum TV loqo