tagesschau.de
İsrail sanksiya təhdidləri fonunda Qəzza zolağında genişmiqyaslı quru əməliyyatına başlayıb.
Mayın 19-da İsrail ordusu bildirib ki, son bir gün ərzində qüvvələri “Gideonun Arabaları” əməliyyatı çərçivəsində Qəzzanın şimal və cənub hissələrinə daxil olub.
İsrail Baş naziri Benyamin Netanyahu mayın 20-də “X” səhifəsində yazıb ki, əməliyyatın məqsədi zolağa nəzarət edən HƏMAS qruplaşmasını tərk-silah etmək və 2023-cü ilin oktyabrından əsir saxlanılan israilliləri azad etməkdir.
Qəzzadakı səhiyyə rəsmiləri bazar ertəsi bildiriblər ki, əməliyyat son 24 saat ərzində azı 136 nəfərin ölümünə səbəb olub və zolağın şimalında fəaliyyət göstərən sonuncu xəstəxananı da qeyri-işlək hala gətirib.
Mayın 20-də isə ən az 50 nəfərin öldürüldüyü bildirilib.
Mayın 18-də İsrail aclığın qarşısını almaq üçün 11 həftəlik blokadanın ardından Qəzzaya “məhdud miqdarda ərzağın” daxil olmasına icazə verib.
Birləşmiş Millətlər Təşkilatı ərzaq və zəruri ehtiyaclarla dolu 100 yük maşınının Qəzzaya daxil olması üçün İsrailin icazə verdiyini təsdiqləyib, lakin bildirib ki, zolaqda aclığın tam qarşısını almaq üçün ən az 500 yük maşını daxil olmalıdır.
BMT xəbərdarlıq edib ki, 19 aylıq münaqişə və kütləvi köçkünlük nəticəsində Qəzzanın 2,1 milyondan çox əhalisi aclıq riski ilə üz-üzədir.
Böyük Britaniya, Fransa və Kanada liderləri İsrail hökumətini Qəzzadakı hərbi əməliyyatları dayandırmağa və humanitar yardımın daxil olmasına icazə verməyə çağırıblar.
“Əgər İsrail hərbi hücumlarını dayandırmasa və humanitar yardıma qoyulan məhdudiyyətləri aradan qaldırmasa, biz buna cavab olaraq, sanksiyalar daxil olmaqla, əlavə konkret addımlar atacağıq,” – liderlərin birgə bəyanatında deyilir.
Mayın 20-də bu bəyanata cavab verən Netanyahu isə deyib ki, hərbi əməliyyatlar dayanmayacaq.
“Sərhədimizdəki HƏMAS terrorçuları tam məhv edilməmiş, sağ qalmağımız üçün apardığımız müdafiə müharibəsini dayandırmağı tələb etməklə və Fələstin dövlətinin yaradılmasını istəməklə, London, Ottava və Parisdəki liderlər 2023-cü il 7 oktyabrda İsrailə qarşı törədilmiş soyqırımı xarakterli hücuma böyük bir mükafat təklif edir və bu kimi yeni vəhşiliklərə zəmin yaradırlar”, - o “X” səhifəsində yazıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: mfa.am
Foto: BBC
“Abzas Media işi”ndə şahidlər dindirilib
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
Ülviyyə Əli: “1 sutkada 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam”
Bakının tarixi məhəllələri sökülmək təhlükəsi ilə üz-üzədir
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub