Foto: BBC
Futbol üzrə İngiltərə millisinin sabiq kapitanı və tanınmış şərhçi Qari Lineker “Instagram”da etdiyi paylaşım səbəbilə uzun illər çalışdığı “BBC” telekanalından ayrılıb.
Lineker ötən həftə “Fələstin Lobbisi” səhifəsindən “Sionizm nədir?” başlıqlı paylaşımı hekayəsində yayımlayıb. Paylaşımda siçovul təsvirindən istifadə olunması antisemit məzmun kimi qiymətləndirilib.
Siçovullar xəstəlik və natəmizliklə əlaqələndirilir və tarixən bu obraz yəhudilərə qarşı təbliğatda, xüsusilə nasist Almaniyasında istifadə olunub.
BBC-nin baş direktoru Tim Davi bildirib ki, Lineker paylaşımın yolverilməz olduğunu qəbul edib və tərəflər bu mövsümün sonunda onun aparıcılığı dayandırmasına dair razılığa gəlib. Lakin Lineker bu qərarı əvvəlcədən reallaşdıraraq telekanalla yollarını dərhal ayırıb.
Lineker paylaşımı silərək üzr istəyib: “Təqiblərə məruz qalan azlıqların, humanitar məsələlərin və hər cür irqçiliyin əleyhinəyəm. Antisemitizmi isə xüsusilə iyrənc hesab edirəm”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: mfa.am
tagesschau.de
“Abzas Media işi”ndə şahidlər dindirilib
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
Ülviyyə Əli: “1 sutkada 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam”
Bakının tarixi məhəllələri sökülmək təhlükəsi ilə üz-üzədir
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub