Məhkəmə

Məhkəmə Azər Qasımlını ev dustaqlığına buraxmadı

21 May, 2025
36

Foto: sosial media

Həbsdə olan politoloq və Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlının ev dustaqlığına buraxılması haqda vəsatətinə baxılıb. 

Mayın 21-də Yasamal rayon Məhkəməsində keçirilən iclasda hakim vəsatəti təmin etməyib. 

Azər Qasımlı ötən il dekabrın 8-də Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə maddəsilə şübhəli şəxs qismində saxlanılıb.

Aprelin 3-də onun həbs qətimkan müddəti daha 2 ay uzadılıb. 

Özü ittihamı qəbul etmir.

Qasımlı saxlanılmasının ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Azər Qasımlı hakimiyyətin tənqidçilərindəndir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəməyə görə hökm oxunub

21 May 2025

Foto: Müdafiə Nazirliyi

Mayın 21-də Bakı Hərbi Məhkəməsində hərbi hissədə 143 milyon manat mənimsənilməsi ilə bağlı işdə təqsirləndirilən şəxslərdən birinə hökm oxunub.  Hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissənin keçmiş maliyyə-xidmət rəisi, kapitan Vahid Novruzlu 11 il azadlıqdan məhrum edilib.  Novruzlu son sözündə özünü qismən təqsirli bildiyini, yalnız yüksək rütbəli şəxslərin tapşırığını yerinə yetirdiyini deyib.  İş üzrə digər təqsirləndirilən şəxslərlə birlikdə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Təqsirləndirilən şəxslərin ümumi sayı 10-dan yuxarıdır. Onların barəsində olan cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.  Təqsirləndirilən şəxslərin hər...
Məhkəmə

İctimai fəalın 30 sutka həbs olunduğu deyilir

21 May 2025
İctimai fəal və müəllim Dəyanət Çələbinin inzibati qaydada həbs olunduğu bildirilir.  Bu barədə "Politfm" xəbər yayıb. Qeyd olunur ki, o, polisə müqavimət göstərməkdə ittiham olunaraq Xətai rayon Məhkəməsi tərəfindən 30 sutkalıq inzibati həbs olunub.  Sosial şəbəkələrdə aktivliyi ilə bilinən D.Çələbi siyasi motivlərlə həbs olunan jurnalist və fəallara azadlıq tələb edirdi. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 350 nəfər siyasi məhbus var. Rəsmilər isə bir qayda olaraq ölkədə siyasi motivli həbslər olmadığını deyirlər.  Beynəlxalq insan haqları təşkilatları, ABŞ Dövlət Departamenti isə hökuməti haqsız həbs olunanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə basqıları dayandırmağa çağırıb.

Seçilmiş Videolar

Toplum TV loqo