Dünya

İtaliyada antisemitizm qanunu qəbul edilib

20 noyabr, 2026
39

Quirinale.it

İtaliya parlamentinin Deputatlar Palatası antisemitizmlə mübarizə haqqında qanun layihəsini yekun səsvermədə qəbul edib. “Euronews”un məlumatına görə, layihənin lehinə 147 deputat səs verib, 93 deputat əleyhinə çıxıb, 5 deputat isə bitərəf qalıb.

Qanun layihəsi antisemitizmin müəyyənləşdirilməsi üçün Beynəlxalq Holokost Xatirəsi Alyansının (IHRA) 2016-cı ildə qəbul etdiyi tərifi əsas götürür. Məhz bu tərif müxalifət daxilində fikir ayrılığı yaradıb.

Demokratik Partiya, Beş Ulduz Hərəkatı, Yaşıllar və Sol Alyans (AVS) layihənin əleyhinə səs verib. Bununla belə, Demokratik Partiyanın deputatı Piero Fassino və partiyanın bir neçə digər üzvü partiyanın ümumi mövqeyindən fərqli olaraq qanunu dəstəkləyib. “Italia Viva” və “Azione” isə layihənin lehinə səs verib. Təklif olunan bütün düzəlişlər rədd edilib.

Qanunun birinci maddəsində İtaliyanın antisemitizmin bütün formalarını rədd etdiyi, onunla mübarizəni təşviq etdiyi və antisemit qərəzlərin yayılmasının qarşısını almağa çalışdığı bildirilir. Sənəddə siyasi tənqid, ifadə, toplaşma və birləşmək azadlıqlarının konstitusiya prinsiplərinə uyğun şəkildə qorunduğu da vurğulanır.
Qanun antisemitizmlə mübarizə üzrə milli strategiya koordinatorunun təyin edilməsini, həmçinin bu istiqamətdə təhsil və maarifləndirmə tədbirlərinin həyata keçirilməsini nəzərdə tutur.

Layihənin ən çox müzakirə olunan hissəsi IHRA-nın antisemitizm tərifi və ona əlavə edilmiş nümunələr olub. Tənqidçilər bu yanaşmanın İsrail hökumətinin siyasətini tənqid edən fikirlərin də antisemitizm kimi qiymətləndirilməsinə şərait yarada biləcəyini bildirirlər.

AVS-nin həmtəsisçisi Angelo Bonelli qanunu “Netanyahu hökumətinin əməllərini ört-basdır etmək və fələstinlilərin hüquqlarını müdafiə edən şəxsləri susdurmaq cəhdi” adlandırıb. Demokratik Partiyanın deputatı Laura Boldrini isə hökumətin İsrail siyasətinə yönələn tənqidləri senzura etmək istədiyini deyib.
Müxalifət IHRA tərifi əvəzinə antisemitizmlə İsrailin tənqidini bir-birindən fərqləndirən Yerusəlim Bəyannaməsinin qəbulunu təklif edib. 

Qanunun tərəfdarları isə bildirirlər ki, sənəd İsrail hökumətini tənqid etmək azadlığını məhdudlaşdırmır və legitim siyasi tənqidlə antisemitizm arasında fərq qoyur.

Parlamentdəki müzakirələr zamanı Qəzzada 2023-cü ildən bəri ölənlərin sayına dair məlumatın sənədə əlavə olunması, habelə faşizm dövrünün antisemit tərəfdarlarının adlarının küçə və abidələrə verilməsinin qadağan edilməsi ilə bağlı rədd olunmuş təkliflər də mübahisə doğurub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Paşinyan: “Yeni Konstitusiya qəbul olunmasa, istefa verəcəyəm”

20 noyabr 2026

sosial media

Ermənistanın baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbulunu siyasi gələcəyi ilə əlaqələndirib. O bildirib ki, sənəd referendumda təsdiqlənməzsə, istefa verəcək, qəbul ediləcəyi halda isə növbəti parlament seçkilərində namizəd olmayacaq. Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi Bakı ilə sülh sazişinin imzalanması üçün Azərbaycanın irəli sürdüyü şərtlərdən biridir. Azərbaycan Konstitusiyanın preambulasında istinad edilən Müstəqillik Bəyannaməsində ölkəsinə qarşı ərazi iddialarının yer aldığını bildirir. Tərəflər 2025-ci ilin avqustunda sülh sazişini paraflasalar da, sənəd hələ imzalanmayıb. Parlament sədrinin müavini Vaaqn Aleksanyan yeni Konstitusiya layihəsinin bir neçə gün ərzində ictimaiyyətə təqdim ediləcəyini deyib. Hakimiyyət layihədə Müstəqillik Bəyannaməsinə istinadın yer almayacağını bildirib. Bu, Azərbaycanın tələbinə uyğun addım kimi qiymətləndirilir....
Dünya

Mask: “Seçkilərdə Respublikaçılara 500 milyon dollara yaxın ianə verdiyim üçün özümü axmaq hiss edirəm”

19 noyabr 2026

sosial media

“SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri Elon Mask ABŞ-də keçirilən aralıq seçkilər ərəfəsində Respublikaçılar Partiyasına 470 milyon dollardan çox ianə etdiyinə görə özünü “olduqca axmaq” hiss etdiyini bildirib. “Financial Times”ın məlumatına görə, Mask bunu noyabrın 18-də “The New York Times”ın “DealBook Summit” tədbirində deyib. “Respublikaçılar bu seçkidə açıq şəkildə darmadağın oldular. Bu qədər pul xərcləyib qarşılığında çox şey görmədiyim üçün özümü olduqca axmaq hiss edirəm. Bəlkə də həmin pul olmasaydı, vəziyyət daha pis olardı”, - o bildirib. Aralıq seçkilərdə Respublikaçılar Nümayəndələr Palatası, Senat və bir neçə ştatdakı idarəetmə orqanı üzərində nəzarəti itiriblər. Mask həmçinin prezident Donald Trampın tərəfdarlarının yaratdığı MAGA hərəkatına...

Seçilmiş Videolar

Toplum TV loqo