sosial media
Ermənistanın baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbulunu siyasi gələcəyi ilə əlaqələndirib. O bildirib ki, sənəd referendumda təsdiqlənməzsə, istefa verəcək, qəbul ediləcəyi halda isə növbəti parlament seçkilərində namizəd olmayacaq.
Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi Bakı ilə sülh sazişinin imzalanması üçün Azərbaycanın irəli sürdüyü şərtlərdən biridir. Azərbaycan Konstitusiyanın preambulasında istinad edilən Müstəqillik Bəyannaməsində ölkəsinə qarşı ərazi iddialarının yer aldığını bildirir.
Tərəflər 2025-ci ilin avqustunda sülh sazişini paraflasalar da, sənəd hələ imzalanmayıb.
Parlament sədrinin müavini Vaaqn Aleksanyan yeni Konstitusiya layihəsinin bir neçə gün ərzində ictimaiyyətə təqdim ediləcəyini deyib. Hakimiyyət layihədə Müstəqillik Bəyannaməsinə istinadın yer almayacağını bildirib. Bu, Azərbaycanın tələbinə uyğun addım kimi qiymətləndirilir.
Paşinyan noyabrın 19-da parlamentdəki sual-cavab sessiyasında yeni Konstitusiyanın qəbulundan sonra sülhün təmin olunacağına bütün siyasi kapitalı ilə zəmanət verməyə hazır olduğunu söyləyib.
“Yeni Konstitusiya qəbul olunandan sonra institusional və geri dönməz sülhün olacağına bütün siyasi kapitalımı ortaya qoyaraq zəmanət verə bilərəm”, - Paşinyan bildirib.
O əlavə edib ki, sülh sazişi imzalanıb ratifikasiya edilərsə, missiyasını başa çatmış hesab edəcək və bu halda da istefa verəcək.
Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası iyundakı parlament seçkilərində qalib gəlsə də, referendum təşəbbüsü üçün tələb olunan üçdəiki çoxluğu əldə etməyib. Bunun üçün hakimiyyətin ən azı altı müxalifət deputatının dəstəyinə ehtiyacı var.
Müxalifət layihəyə qarşı çıxır. Onlar onu “Əliyevin Konstitusiyası” adlandırır və qəbulunun qarşısını alacaqlarını bildirirlər. Paşinyan bu ifadəni rədd edib.
Baş nazir deyib ki, hökumət müxalifətin mövqeyindən asılı olmayaraq planı həyata keçirməyə çalışacaq. O, iki mümkün ssenaridən danışıb: əvvəlcə ictimai təzyiq yolu ilə müxalifətin mövqeyinin dəyişdirilməsi, nəticə alınmasa, onların parlamentdə təmsil olunmayacağı siyasi proseslərin baş verməsi.
Müxalifətdəki “Güclü Ermənistan” fraksiyasının nümayəndəsi Aram Vardevanyan bildirib ki, seçicilər iyun seçkilərində hakim partiyaya konstitusion çoxluq verməməklə mövqelərini ifadə ediblər.
“Konstitusiyanı dəyişmədən sülhü təmin edəcəyik”, - o deyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Quirinale.it
Mask: “Seçkilərdə Respublikaçılara 500 milyon dollara yaxın ianə verdiyim üçün özümü axmaq hiss edirəm”
sosial media
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
"Meydan TV"nin həbsdə olan baş redaktoru əməliyyat olunub
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib
Ailəsi hicab qadağasına görə aclıq edən məhbusdan xəbər ala bilmir