sosial media
Vətəndaş Hüquqları İnstitutunun rəhbəri, “QHT işi” üzrə təqsirləndirilən Bəşir Süleymanlının işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Noyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə Süleymanlıya hökm oxunub.
Hökmə əsasən, o, 7 il 6 ay azadlıqdan məhrum edilib.
Prokuror Bəşir Süleymanlının 3 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum olunmasını istəmişdi.
Bəşir Süleymanlı ötən ilin martında saxlanılıb. Ona Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı xeyli miqdarda leqallaşdırma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
B.Süleymanlı ittihamların heç birini qəbul etmir. O, ifadəsində maliyyə vəsaitlərinin tamamilə qanuni yollarla əldə edildiyini, regionlardakı vətəndaşlara, o cümlədən məcburi köçkünlərə hüquqi yardım göstərilməsinə və seçkilərin monitorinqi kimi fəaliyyətlərə xərcləndiyini bildirib.
“QHT işi” üzrə indiyədək istintaqa 100-dən çox şəxsin, o cümlədən beynəlxalq donor təşkilatlarının əməkdaşları və bəzi hökumətyönlü QHT rəhbərlərinin cəlb edildiyi bildirilib.
Bu iş üzrə təqsirləndirilən vətəndaş cəmiyyəti fəallarına, ümumilikdə, Cinayət Məcəlləsinin 193-1.2.2, 193-1.2.3, 193-1.3.2, 308.1 və 313-cü maddələri ilə ittiham verilib. Həmin maddələr üzrə 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
“Baksol yolu”nda gəncin ölümü ilə bağlı təqsirləndirilən şəxs 3 il azadlıqdan məhrum edilib
sosial media
sosial media
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
"Meydan TV"nin həbsdə olan baş redaktoru əməliyyat olunub
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib