İnanclı məhbusun görüş otağı üçün 70 manat ödəmədiyinə görə “kars”a salındığı bildirilir
sosial media
12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan inanclı məhbus Alim Yusifovun 6 günlük intizam cəzası alaraq cərimə kamerasına (“kars”) yerləşdirildiyi bildirilir.
Məhbusun həyat yoldaşı Türkan Əhmədova “Meydan TV”yə deyib ki, Yusifov noyabrın 18-də cəza kamerasına salınıb. Onun sözlərinə görə, buna noyabrın 14-də ailə görüşü zamanı Yusifovla müəssisə əməkdaşları arasında yaranan mübahisə səbəb olub.
Əhmədova bildirib ki, iki günlük görüş zamanı ailədən otaqdan istifadə üçün 70 manat tələb edilib. Onun sözlərinə görə, Alim Yusifov bu ödənişdən imtina etdikdən sonra müəssisə əməkdaşları ilə mübahisə yaranıb.
Həyat yoldaşı görüş zamanı otağın, mətbəxin, hamamın və tualetin suyunun kəsildiyini də deyib. O bildirib ki, müəssisə əməkdaşları ailədən otağa görə pul istəyib, lakin daha sonra müəssisə rəisi belə bir ödənişin nəzərdə tutulmadığını söyləyib.
Türkan Əhmədovanın sözlərinə görə, Yusifov digər məhbusların ailələrinin də görüş zamanı 70 manat ödədiyini bildirərək bu tələbə etiraz edib. Əhmədova tələb olunan məbləğin Şəmkirdən Bakıya gediş-gəliş xərclərinə bərabər olduğunu deyib və müəssisədə məhbuslardan, eləcə də ailələrindən müxtəlif xidmətlərə görə pul alındığını iddia edib. O, həyat yoldaşının cəza kamerasına yerləşdirilməsini də həmin mübahisə ilə əlaqələndirib.
Alim Yusifov 2024-cü il yanvarın 31-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 234.4.3-cü - külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində ittiham olunub. Gəncə Ağır Cinayətlər Məhkəməsi 2024-cü il mayın 6-da onu 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Yusifov və ailəsi ittihamları qəbul etmir, onun dini inanclarına görə həbs olunduğunu bildirirlər.
O, bundan əvvəl də həbsdə olub. Yusifov 2018-ci ildə Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə sui-qəsd cəhdi və həmin ilin iyulunda baş verən etirazlarla bağlı saxlanılıb. 2019-cu ilin mayında ona 7 il 6 ay həbs cəzası verilib, 2023-cü ilin dekabrında isə əfv sərəncamı ilə azadlığa buraxılıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Rusiya pasportu ilə Antarktidaya gedən azərbaycanlı bloger Ermənistana buraxılmadığını deyir
Foto:şəsxi arxiv
Pensiyasının dayandırıldığından şikayətlənən Yevlax sakininin 30 sutka həbs edildiyi bildirilir
Meydan TV
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
"Meydan TV"nin həbsdə olan baş redaktoru əməliyyat olunub
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib
Ailəsi hicab qadağasına görə aclıq edən məhbusdan xəbər ala bilmir