Konstantin və Vlada Liberovlar.
Rusiyanın Ukraynanın paytaxtı Kiyevə bir gecədə raket və pilotsuz uçuş aparatının hücumu nəticəsində azı 9 nəfər ölüb, 60-dan çox adam yaralanıb.
Kiyev meri Vitali Kliçko deyib ki, yaralananlar arasında 6 uşaq və bir hamilə qadın da var.
“Altı yerdə yanğın baş verib” deyən mer, “insanların dağıntılar altında qaldığını” bildirib.
Xarkov şəhərində də partlayışın olduğu deyilir.
Xarkovun meri bildirib ki, azı iki nəfər yaralanıb.
Bu, ABŞ prezidenti Donald Trampın Volodimir Zelenskini sülh danışıqlarına xələl gətirməkdə ittiham etməsindən və Ukrayna prezidentinin Rusiyanın Krım üzərində nəzarətini tanımaqdan imtina etməsindən sonra baş verib.
Ukrayna dəfələrlə bəyan edib ki, 2014-cü ildə Rusiya tərəfindən qeyri-qanuni ilhaq edilmiş cənub Krımdan imtina etməyəcək.
Rusiya prezidenti Vladimir Putin 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxiləyə başlayıb və Moskva hazırda Ukrayna ərazisinin təxminən 20%-nə nəzarət edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Rusiyadan 21 britaniyali deputata qadağa: "Britaniya Rusiyanı şeytanlaşdırmaq üçün səylər göstərir”
açıq mənbədən götürülüb
AFP