AFP
Aprelin 23-də Londonda beş ölkədən olan diplomatların iştirakı ilə baş tutması gözlənilən görüş təxirə salınıb.
ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və Ukrayna xarici işlər nazirlərinin iştirak edəcəyi görüşdə ABŞ-ın Krımı Rusiya ərazisi kimi tanımaq təklifinə baxılacağı gözlənilirdi.
Aprelin 22-də isə Ukrayna Prezidenti Volodimir Zelenski bu təklifə qarşı çıxıb.
“Ukrayna Krımın işğalını tanımayacaq. Bu barədə danışmalı heç nə yoxdur. Bu konstitusiyamıza ziddir”, - o, jurnalistlərə deyib.
Londondakı görüş beş ölkədən olan aşağı səviyyəli rəsmilərin iştirakı ilə baş tutacaqdı.
Aprelin 18-də ABŞ Dövlət katibi Marko Rubio bildirmişdi ki, Ukrayna və Rusiya arasında danışıqlarda irəliləyiş olmasa, ABŞ danışıqları tərk edəcək.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Rusiyadan 21 britaniyali deputata qadağa: "Britaniya Rusiyanı şeytanlaşdırmaq üçün səylər göstərir”
açıq mənbədən götürülüb
Konstantin və Vlada Liberovlar.