Dünya

Rusiyadan 21 britaniyali deputata qadağa: "Britaniya Rusiyanı şeytanlaşdırmaq üçün səylər göstərir”

24 Aprel, 2025
27

açıq mənbədən götürülüb

Rusiya Xarici İşlər Nazirliyi Britaniya parlamentinin 21 deputatının ölkəyə girişinə qadağa qoyulduğunu açıqlayıb.

XİN bildirib ki, bu cür tədbirlər “Londonun davam edən qarşıdurma kursuna cavab olaraq” tətbiq edilir.

Rusiya XİN iddia edir ki, Böyük Britaniya hökuməti Rusiyanı “şeytanlaşdırmaq üçün səylər göstərir” və “Moskvanın beynəlxalq səhnəyə təsirini azaltmaq üçün fəal şəkildə anti-Rusiya hekayələri uydurur”.

“The Times” qəzeti fevralda yazırdı ki, Britaniya yeni sanksiyalar paketi çərçivəsində Rusiyanın bütün nazirlərinin, federal və regional departamentlərin yüksək vəzifəli şəxslərinin, eləcə də iri şirkətlərin rəhbərliyi və top-menecerlərinin ölkəyə girişini qadağan edib.

Yeni məhdudiyyətlərə 107 maddə daxildir.

Nəşrin məlumatına görə, Britaniyanın baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampı Rusiya ilə ikitərəfli danışıqlar aparmamağa inandırmağa çalışacaqlar.

Bunun müqabilində onlar Ukraynanın gələcək təhlükəsizliyini təmin etməyi öhdələrinə götürməyi planlaşdırırlar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Kiyev raket və dron hücumuna məruz qalıb, ölənlər var

24 Aprel 2025

Konstantin və Vlada Liberovlar.

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə bir gecədə raket və pilotsuz uçuş aparatının hücumu nəticəsində azı 9 nəfər ölüb, 60-dan çox adam yaralanıb. Kiyev meri Vitali Kliçko deyib ki, yaralananlar arasında 6 uşaq və bir hamilə qadın da var. “Altı yerdə yanğın baş verib” deyən mer, “insanların dağıntılar altında qaldığını” bildirib. Xarkov şəhərində də partlayışın olduğu deyilir. Xarkovun meri bildirib ki, azı iki nəfər yaralanıb. Bu, ABŞ prezidenti Donald Trampın Volodimir Zelenskini sülh danışıqlarına xələl gətirməkdə ittiham etməsindən və Ukrayna prezidentinin Rusiyanın Krım üzərində nəzarətini tanımaqdan imtina etməsindən sonra baş verib. Ukrayna dəfələrlə bəyan edib ki, 2014-cü ildə Rusiya tərəfindən qeyri-qanuni ilhaq...
Dünya

Ukrayna ABŞ-ın Krımı Rusiya ərazisi kimi tanımaq təklifinə qarşı çıxıb

23 Aprel 2025

AFP

Aprelin 23-də Londonda beş ölkədən olan diplomatların iştirakı ilə baş tutması gözlənilən görüş təxirə salınıb.  ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və Ukrayna xarici işlər nazirlərinin iştirak edəcəyi görüşdə ABŞ-ın Krımı Rusiya ərazisi kimi tanımaq təklifinə baxılacağı gözlənilirdi.  Aprelin 22-də isə Ukrayna Prezidenti Volodimir Zelenski bu təklifə qarşı çıxıb.  “Ukrayna Krımın işğalını tanımayacaq. Bu barədə danışmalı heç nə yoxdur. Bu konstitusiyamıza ziddir”, - o, jurnalistlərə deyib.  Londondakı görüş beş ölkədən olan aşağı səviyyəli rəsmilərin iştirakı ilə baş tutacaqdı. Aprelin 18-də ABŞ Dövlət katibi Marko Rubio bildirmişdi ki, Ukrayna və Rusiya arasında danışıqlarda irəliləyiş olmasa, ABŞ danışıqları tərk edəcək.

Seçilmiş Videolar

Toplum TV loqo