“Reuters”: İran ABŞ-nin mümkün hücumuna daha genişmiqyaslı cavab hazırlayır
sosial media
İran ABŞ genişmiqyaslı hərbi hücumları bərpa edərsə, daha sərt və geniş cavab verməyə hazırlaşır.
Bu barədə üç yüksəkvəzifəli İran rəsmisi və müzakirələrdən məlumatlı mənbə “Reuters”ə danışıb.
Mənbələrin sözlərinə görə, İranın hərbi rəhbərliyi mümkün hədəflərin ABŞ-la əlaqəli obyektlərlə məhdudlaşmamasını, ABŞ-nin hərbi əməliyyatlarını dəstəkləyən ölkələri və Yaxın Şərqdən kənardakı məkanları da əhatə etməsini nəzərdən keçirir.
Rəsmilər bildiriblər ki, prezident Məsud Pezeşkianın ötən həftə Nyu-Yorkdan qayıtmasından sonra Tehranda mümkün cavabın miqyası və vaxtı müzakirə olunur. Hələlik yekun qərar qəbul edilməsə də, planlaşdırmanın intensivləşdiyi bildirilir.
Beynəlxalq Böhran Qrupunun İran üzrə baş analitiki Həmidrza Əzizi deyib ki, Tehran ABŞ prezidenti Donald Trampın yeni genişmiqyaslı hərbi kampaniyaya başlayacağı, yoxsa nüvə obyektlərinə zərbələr kimi daha məhdud hücumlara üstünlük verəcəyi barədə əmin deyil.
“Onlar simvolik addıma simvolik cavab vermək istəmirlər. Əvəzində çəkindirmə qabiliyyətini bərpa etmək ümidi ilə gərginliyi artırmaq niyyətindədirlər”, - Əzizi bildirib.
Mənbələrə görə, Tehran Livan, Yəmən və İraqdakı müttəfiq qruplara ABŞ-nin yeni genişmiqyaslı hücumu halında dəstəyə hazır olmaları barədə göstəriş verib. Bu qrupların ABŞ-nin regiondakı və Yaxın Şərqdən kənardakı maraqlarını hədəf alan koordinasiyalı cavaba hazırlaşdığı deyilir.
İran mümkün eskalasiyaya hazırlaşsa da, Vaşinqtonla danışıqlar üçün kanalı açıq saxladığl bildirilir. Tehran ötən həftə Qətərin vasitəçiliyi ilə ABŞ-yə təklif təqdim edib. İran rəsmilərinin sözlərinə görə, təklif qəbul ediləcəyi halda yeddi gün ərzində Hörmüz boğazı yenidən açıla və regionda hərbi əməliyyatlar dayandırıla bilərdi.
Təklifdə döyüşlərin dayandırılması, İran limanlarına tətbiq edilən ABŞ blokadasının aradan qaldırılması, dondurulmuş ən azı 12 milyard dollar İran vəsaitinin sərbəst buraxılması və neft sanksiyalarının ləğvi nəzərdə tutulur.
Tramp şənbə günü təklifi rədd etdiyini bildirib. İran dövlət mediası isə ABŞ-nin cavabının Qətər vasitəsilə Tehrana çatdırıldığını və hazırda nəzərdən keçirildiyini yazıb.
İran nüvə proqramı məsələsinin yalnız özünün irəli sürdüyü yeddi şərt yerinə yetirildikdən sonra müzakirə oluna biləcəyini deyir. Rəsmilərdən biri dolayı danışıqlar davam etsə də, tərəflərin razılaşmaya gəlməsini “çox az ehtimallı” adlandırıb.
“Reuters” yazır ki, ABŞ-nin neft ixracını məhdudlaşdıran blokadası İranın uzunmüddətli qarşıdurmaya davam gətirmək imkanları ilə bağlı narahatlığı artırır. Hüquq-müdafiə təşkilatları isə müharibə dövründə İranda həbslərin, işgəncələrin və ölüm cəzasından istifadənin artdığını bildirirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
açıq mənbə
sosial media
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”