AFP
Belarus lideri Aleksandr Lukaşenko prezident seçkiləri ərəfəsində daha 15 məhbusu əfv edib.
Onların arasında “ekstremizm yönlü fəaliyyət” ittihamıyla cəzalandırılmış 8 nəfər, o cümlədən hamilə qadın və xərçəng xəstəsi də daxil olmaqla, narkotik alverinə görə məhkum olunmuş 7 şəxs var.
Açıqlamada deyilir ki, son bir ildə Lukaşenko “insanlıq prinsiplərinə əsaslanaraq” 293 nəfəri, o cümlədən 89 qadını və uşaq vaxtı cinayət törətmiş 17 nəfəri əfv edib.
“Vesna” mərkəzinin yanvarın 24-nə olan məlumatına görə, Belarusda siyasi motivlərlə azadlıqdan məhrum edilmiş 1253 nəfər var.
Hüquq müdafiəçiləri bildirirlər ki, yanvarın 26-da keçiriləcək prezident seçkiləri öncəsi siyasi məhbusların sayı artmaqda davam edir.
Onlar 2020-ci ilin yayından bəri 656-sı qadın olmaqla, təxminən 3600 nəfəri siyasi məhbus kimi tanıyıblar. Bu şəxslərin çoxu cəzalarını çəkərək azadlığa çıxıblar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
sosial media
CNN
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
Regionları inkişaf etdirmədən Bakını tıxacdan xilas etmək olarmı?
Kənd təsərrüfatında durğunluq: istehsal azalır, idxal artır
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək