Dünya

Norveçin baş naziri: “Zelenskinin təyyarəsi az qala dron tərəfindən vurulacaqdı”

10 Sentyabr, 2026
21

radiosvoboda

Norveçin baş naziri Yonas Qar Styore Ukrayna prezidenti Volodimir Zelenskinin təyyarəsinin dronun hədəfinə çevrilmək təhlükəsi ilə üzləşdiyini bildirib.

“Onun təyyarəsi Moldovadan havaya qalxarkən az qala dron tərəfindən vurulacaqdı. Onun üzləşdiyi reallıq budur”, - Styore yerli NRK telekanalına açıqlamasında deyib.

Zelenski Norveç kralı V Haraldın dəfn mərasimində iştirak etmək üçün Moldovadan Osloya gedib.

Zelenskinin ofisi Norveç telekanalının hadisə ilə bağlı suallarını cavablandırmayıb. Ukrayna prezidenti özü də məsələ ilə bağlı hələ açıqlama verməyib.

Sentyabrın 9-da Zelenski Norveçdə Styore ilə birlikdə tərəfdaş ölkələrin müdafiə şirkətlərinin rəhbərləri ilə görüşdüyünü bildirib.

Zelenskinin sözlərinə görə, görüşün əsas mövzusu Ukrayna, Danimarka, Fransa, Almaniya, İtaliya və Niderlandın birgə səyləri hesabına Avropanı hava təhdidlərindən inteqrə olunmuş şəkildə qoruya biləcək “Freya” antiballistik proqramı olub.

Moldova hakimiyyəti isə bildirib ki, sentyabrın 8-də dronların ölkə ərazisinə daxil olması səbəbindən hava məkanı müvəqqəti bağlanıb.

Bu səbəbdən Zelenskinin olduğu təyyarə də daxil olmaqla üç reys gecikib. Hava məkanı açıldıqdan sonra təyyarəyə uçuş icazəsi verilib.

Moldova rəsmilərinin məlumatına görə, dronlardan biri Kişinyovdan təxminən 160 kilometr aralıda yerə düşərək yanğına səbəb olub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Rəsmilər dronların Rusiya mənşəli olduğunu bildiriblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

FSB: “Ukrayna Rusiyadakı Britaniya səfirinə qarşı hücum planlaşdırıb”

10 Sentyabr 2026

sosial media

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Ukraynanın Moskvadakı Britaniya səfirinə qarşı terror aktı planlaşdırdığını iddia edib. FSB-nin sentyabrın 10-da yaydığı məlumata görə, Britaniya səfirliyinin mühafizəsini həyata keçirən şirkətdə çalışan Rusiya vətəndaşı saxlanılıb. Rusiya tərəfi onun Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) tapşırıqları ilə fəaliyyət göstərdiyini iddia edib. Həmin şəxs barəsində Rusiya Cinayət Məcəlləsinin 275-ci, dövlətə xəyanət maddəsi ilə cinayət işi açıldığı bildirilir. İddialara görə, saxlanılan şəxs ukraynalı bloger Dmitri Karpenkonun göstərişi ilə səfirliyin əməkdaşları, onların səfərləri və görüşləri, həmçinin diplomatik nümayəndəliyin təhlükəsizlik sistemi barədə məlumat toplayıb. FSB iddia edir ki, SBU bu məlumatlardan Britaniya səfirinə və digər diplomatlara qarşı diversiya və terror aktları...
Dünya

İsrail mətbuatı: "Netanyahunun HƏMAS-ın 7 oktyabr hücumundan öncədən xəbəri olub"

9 Sentyabr 2026

IsraeliPM/Youtube

İsrailin “Haaretz” nəşri baş nazir Benyamin Netanyahunun HƏMAS-ın 7 oktyabr hücumu barədə əvvəlcədən xəbərdar edildiyini iddia edən araşdırma dərc edib. Sentyabrın 8-də yayımlanan yazıda bildirilir ki, 2023-cü ilin 7 oktyabr tarixində baş tutan hücumdan təxminən 10 gün əvvəl Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Netanyahuya zəng vurub və onunla 45 dəqiqə danışıb.  "Həmin söhbət zamanı bin Zayed xəbərdarlıq edib ki, HƏMAS-ın Qəzzadakı lideri Yəhya Sinvar İsrailə qarşı genişmiqyaslı əməliyyat planlaşdırır. Bin Zayed narahatlığını ifadə edib ki, hadisə təkcə qan tökülməsinə səbəb olmayacaq, həm də bütün regionun stabilliyini pozacaq və "İbrahim Sazişləri"ni zəiflədəcək", - məqalədə yazılıb.  “Haaretz” araşdırmada adları...

Seçilmiş Videolar

Toplum TV loqo