sosial media
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Ukraynanın Moskvadakı Britaniya səfirinə qarşı terror aktı planlaşdırdığını iddia edib.
FSB-nin sentyabrın 10-da yaydığı məlumata görə, Britaniya səfirliyinin mühafizəsini həyata keçirən şirkətdə çalışan Rusiya vətəndaşı saxlanılıb. Rusiya tərəfi onun Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) tapşırıqları ilə fəaliyyət göstərdiyini iddia edib.
Həmin şəxs barəsində Rusiya Cinayət Məcəlləsinin 275-ci, dövlətə xəyanət maddəsi ilə cinayət işi açıldığı bildirilir.
İddialara görə, saxlanılan şəxs ukraynalı bloger Dmitri Karpenkonun göstərişi ilə səfirliyin əməkdaşları, onların səfərləri və görüşləri, həmçinin diplomatik nümayəndəliyin təhlükəsizlik sistemi barədə məlumat toplayıb.
FSB iddia edir ki, SBU bu məlumatlardan Britaniya səfirinə və digər diplomatlara qarşı diversiya və terror aktları hazırlamaq üçün istifadə etməyi planlaşdırıb. Qurumun versiyasına əsasən, ‘Kiyev hücumların məsuliyyətini Moskvanın üzərinə qoymaq, bununla da Britaniyanı Rusiya ilə birbaşa silahlı münaqişəyə cəlb etmək və Ukraynaya əlavə silah yardımının verilməsinə nail olmaq istəyib’.
Bundan bir gün əvvəl London polisi Britaniya vətəndaşı Coşua Kemmici saxladığını açıqlayıb. O, milli təhlükəsizlik haqqında qanunu pozmaqda ittiham olunur və Rusiya kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Norveçin baş naziri: “Zelenskinin təyyarəsi az qala dron tərəfindən vurulacaqdı”
radiosvoboda
İsrail mətbuatı: "Netanyahunun HƏMAS-ın 7 oktyabr hücumundan öncədən xəbəri olub"
IsraeliPM/Youtube
İlham Əliyevin açılışını etdiyi hoteli tikən şirkət ödənişini ala bilmədiyini bildirir
Hüquq müdafiəçisi: “SOCAR-da 50-60 yaşlı insanları ərizə yazdırıb işdən çıxarırlar”
Heyvan bazarları onlayn satışa keçir: Nəticəsi nə olacaq?
Həyat yoldaşı: "Ələsgər Məmmədli iki gündür qida qəbul edə bilmir, boğulma halları davam edir"
Tbilisi-Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası