Siyasət

Qardaşı: "Ələsgər Məmmədli müayinədən keçib, səhhəti ilə bağlı narahatlığımız daha da artıb" 

10 Sentyabr, 2026
18

sosial media

"Toplum TV"nin həbsdə olan həmtəsisçisi, media eksperti Ələsgər Məmmədlinin bu yaxınlarda keçdiyi tibbi müayinənin nəticələri ona təqdim olunub. 

Bu barədə sentyabrın 9-da onun qardaşı, siyasi şərhçi Nəsimi Məmmədli sosial media hesabında məlumat verib. 

"Ultrasəs (USM) müayinəsinin nəticələrinə əsasən, qalxanabənzər vəzidə iki düyün izlənilir. Düyünlərin ölçüləri 19×8 mm və 3×2 mm-dir. Prostat vəzinin sol payında bərkimə sahəsi aşkar edilib. Bağırsaqlarda meteorizm, onikibarmaq bağırsaqda isə “bağırsaq daşları” kimi qeyd olunan dəyişikliklər müşahidə edilib", - o qeyd edib. 

N.Məmmədlinin sözlərinə görə, nəticələrlə tanış olduqdan sonra qardaşının səhhəti ilə bağlı narahatlıqları daha da artıb.

"Məsələ burasındadır ki, bu nəticələrin Ələsgər bəyin səhhətinin real vəziyyətini tam və dəqiq əks etdirib-etdirmədiyi ilə bağlı ciddi suallarımız var. Peşəkar həkimlərin fikrincə, yalnız bu USM nəticələrinə əsaslanaraq yekun tibbi qiymətləndirmə aparmaq mümkün deyil", - o əlavə edib. 

N.Məmmədli xatırladıb ki, həbsindən əvvəl Ə.Məmmədlinin qalxanabənzər vəzisinin müayinəsi zamanı təxminən 23 millimetr ölçüdə düyün aşkar edilmişdi. Həbs müddətində isə müxtəlif vaxtlarda üç dəfə USM müayinəsi aparılıb və həmin müayinələrin nəticələri bir-birindən xeyli fərqlənib.

"Üstəlik, qalxanabənzər vəzidə düyünün qiymətləndirilməsi zamanı yalnız onun ölçüsü əsas götürülmür. Düyünün tərkibi, exogenliyi, sərhədləri, forması, kalsifikasiyaların olub-olmaması və digər USM xüsusiyyətləri də mütləq nəzərə alınmalıdır. Məhz bu göstəricilər düyünün bədxassəlilik riskinin qiymətləndirilməsində mühüm əhəmiyyət daşıyır", - o bildirib. 

N.Məmmədli qalxanabənzər vəzində əvvəllər aşkar edilmiş düyünün hazırkı vəziyyətinin əvvəlki müayinələrlə müqayisəli şəkildə, ixtisaslaşmış endokrinoloq tərəfindən yenidən qiymətləndirilməsinin vacibliyini qeyd edib. O, prostat vəzi və mədə-bağırsaq üçün də dəqiq diaqnoz üçün əlavə müayinələrin aparılmalı olduğunu əlavə edib. 

"Ümumilikdə, hər hansı orqanda struktur dəyişiklik aşkar edildikdə yalnız ilkin və məhdud müayinə ilə kifayətlənmək düzgün deyil. Aşkar edilmiş dəyişikliklərin xarakteri, ölçüsü, dinamikası, yayılma dərəcəsi və mümkün səbəbləri hərtərəfli araşdırılmalıdır. Bunun üçün klinik müayinə, laborator analizlər, uyğun görüntüləmə üsulları və zəruri instrumental müayinələr birlikdə qiymətləndirilməlidir. Əks halda, aşkar edilmiş struktur dəyişikliklərin mahiyyətini və klinik əhəmiyyətini dəqiq müəyyən etmək mümkün olmaya bilər", - o qeyd edib. 

Qardaşı əlavə edib ki, ehtiyac yarandığı halda Ə.Məmmədlinin özəl tibb müəssisəsində müayinə və müalicə almasına imkan yaradılmalıdır.

Ələsgər Məmmədli 2024-cü il martın 8-də Bakıda klinikalardan birindən çıxarkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb və həbs olunub.
Ailəsi və vəkilləri mütəmadi olaraq onun səhhətindəki problemlərlə bağlı narahatlıqlarını dilə gətirirlər. Vəkili bu səbəbdən onun ev dustaqlığına buraxılması üçün dəfələrlə vəsatət qaldırsa da, indiyədək heç biri təmin edilməyib.

İyulun 27-də "Toplum TV işi" üzrə keçirilən yekun məhkəmə prosesində Ə.Məmmədliyə 14 il həbs cəzası verilib.
O, qaçaqmalçılıq, vergidən yayınma və qanunsuz sahibkarlıq da daxil olmaqla bir sıra cinayətlərdə ittiham olunur. Ə.Məmmədli ittihamları qəbul etmir, hakimiyyətin sifarişi ilə həbs olunduğunu bildirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Ordubad sakini: “Rusiyadan qayıdanlar polis idarəsində narkotik testinə məcbur edilir”

10 Sentyabr 2026

ChatGpt

Rusiyadan qayıdan bəzi Ordubad sakinlərinin evlərindən götürülərək zorla polis idarəsinə aparıldığı bildirilir.  Şikayətçilər bu barədə “Gündəlik Naxçıvan”a bildiriblər. Onların sözlərinə görə, həkim nəzarəti olmadan rayon polis şöbəsinin sanitar qovşağında narkotik maddə istifadəsi ilə bağlı testdən keçirilirlər. Təhlükəsizlik səbəbilə adının açıqlanmasını istəməyən şəxs deyir ki, testin nəticəsi mənfi çıxsa da, ona ‘narkotik istifadəçisi damğası’ vurulacağı ilə hədələnib. Onun sözlərinə görə, nəticədə 5 min manat verməyə məcbur olub. “Təkcə mənim yox, bir neçə tanıdığım adamın da başına eyni şey gəlib. Rusiyadan gələn kimi evdən götürüb, aparıb şöbədə test edirlər. Polis idarəsinin tualeti müavinin test mərkəzinə çevrilib. Nəticə mənfi çıxsa da, dedilər ki,...
Siyasət

"QHT işi”: Qalib Bayramova 8 il şərti həbs cəzası verilib

9 Sentyabr 2026

sosial media

Sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində “QHT işi” üzrə ittiham olunan, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Bayramovun işi üzrə sonuncu məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, Qalib Bayramova 2 il müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə, 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun cəzası 3 il sınaq müddəti seçilməklə, şərti hesab olunub. Onun barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək iltizam tədbiri ilə əvəzlənib. Ötən prosesdə prokuror məhkəmədən Q.Bayramovun 5 ili sınaq müddəti olmaqla 9 il müddətinə şərti olaraq azadlıqdan məhrum...

Seçilmiş Videolar

Toplum TV loqo