Foto: VOA
Bu gün Söyüdlü hadisələrinin başlamasından 2 il ötür.
2023-cü il iyunun 20-dən Gədəbəyin Söyüdlü kəndi ərazisində qızıl yatağının sularından süni gölün yaradılmasına etiraz aksiyası başladı.
Sakinlər Söyüdlüdəki qızıl zavodun quyularında sianidin olduğunu və bu zəhərli maddənin süni yaradılan gölə axıdıldığını, bunun isə əhali üçün təhlükəli olduğunu deyirdilər.
İyunun 22-dən isə Söyüdlü kəndinə sakinlərdən başqa şəxslərin girişi məhdudlaşdırıldı.
Aksiyada iştirak edənlərə qarşı zorakılıq tətbiq edildi, 10-dan artıq kənd sakini və hadisənin təşkilində şübhəli bilinən şəxs saxlanıldı.
Daxili İşlər Nazirliyi (DİN) səbəb kimi ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsini göstərirdi.
Hadisədən sonra 3 nəfərə narkotik ittihamı ilə cinayət işi açıldı.
Aksiyada qaldırılan plakatları hazırlayan Coşqun Musayev ötən ilin avqustunda Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 3 il azadlıqdan məhrum edildi.
Kəndin sakinləri isə bildirirdilər ki, əsl səbəb iyunun 20-21-də etdikləri etiraz aksiyasıdır.
Hakimiyyət nümayəndələri hadisəni təxribat adlandırdı, hökumətyönlü mediada oxşar məzmunlu materiallar dərc etdirərək hadisəni işıqlandıran müstəqil medianı hədəfə aldı.
Prezident İlham Əliyev Gədəbəyin Söyüdlü kəndində baş verən etirazlara 20 gün sonra reaksiya verdi.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyini günahlandıran dövlət başçısı kənd əhalisinə qarşı gözyaşardıcı qazdan və dəyənəkdən istifadə edən polisi müdafiə etdi.
Vətəndaşların bir hissəsinin polisə daş atmasını ədəbsizlik və qanunsuzluq adlandıran Əliyev Azərbaycan polisinin dözümlülük göstərdiyini, özünü ləyaqətlə apardığını dedi.
İqtisadçı Nazim Bəydəmirli baş verənlərdən sonra şirkəti tənqid etdiyi üçün hədəfə alındı və iyulun 4-də isə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“Bandotdel”) şübhəli şəxs qismində saxlanıldı.
Ona qarşı hədə-qorxu ilə pul tələb etmə ittihamı verilsə də, sabiq deputat Söyüdlü hadisələrinə görə həbs edildiyini açıqladı.
Nazim Bəydəmirli 2024-cü il sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 8 il azadlıqdan məhrum edildi.
Bundan başqa, NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Elmir Abbasov və keçmiş “heykəl məhbusu” Qiyas İbrahimov da Söyüdlü hadisələri zamanı sosial şəbəkələrdə yazdıqları statuslara görə inzibati qaydada həbs edildilər.
Ötən ilin dekabrında Milli Məclis “Söyüdlü (Zod) qızıl yatağının bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”i ratifikasiya edib.
Şirkət kütləvi etirazlardan sonra hələ də polis nəzarətində saxlanılan kənddə işlərin aparılması üçün icazəni 2023-cü ilin avqustunda Azərbaycan hökumətindən alıb. Şirkətin icraçı direktoru Rza Vəziri bildirib ki, hökumət onlara tullantı bəndinin divarını qaldırmaq üçün də icazə verib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: ICRC
Foto: Açıq mənbə
Hökumətyönlü mətbuatın “istintaq sirləri”: Sızdırılma, yoxsa təxəyyül məhsulu?
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Ruslan İzzətli oğluna məktub yazıb: “Fərqli düşünməyin cəzası həbsxanadır”
Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb
Beynəlxalq təşkilatlar prokurorun “Abzas”çılara istədiyi cəzanı pisləyir