Dünya

ABŞ tələbə vizasında yeni şərt qoyur: Sosial media hesabları açıq olmalıdır

19 İyun, 2025
43

Foto: açıq mənbə

ABŞ sosial media hesablarına baxmaq şərtilə tələbə vizaları üçün görüşləri bərpa edib 

ABŞ tələbə vizaları üçün görüşləri bərpa edib, lakin müraciətçilərdən sosial media hesablarını açıq etmələri tələb olunur. 

ABŞ Dövlət Departamenti iyunun 18-də bildirib ki, ötən ay dayandırılan diplomatik nümayəndəliklərdə tələbə vizası üçün görüşlər bərpa olunub. Buna baxmayaraq, viza müraciətçilərindən sosial media hesablarını yoxlanış üçün “hər kəsə açıq” rejiminə keçirmələri tələb olunur. Bu tələbə əməl etməyənlərin müraciətlərinə rədd cavabı verilə bilər. 

Bildirilib ki, sosial media hesablarını açıq etməkdən imtina etmək, müraciətçinin tələbdən yayınmağa və ya onlayn fəaliyyətini gizlətməyə çalışdığını göstərə bilər. 

Dövlət Departamenti əlavə edib ki, sosial media hesablarının yoxlanışında konsulluq əməkdaşları “ABŞ-a, onun hökumətinə, mədəniyyətinə, institutlarına və ya təməl prinsiplərinə düşmən münasibət kimi dəyərləndirilə biləcək paylaşımları və mesajları” izləyəcəklər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Putin Zelenski ilə görüşə hazır olduğunu deyir

19 İyun 2025

Foto: AFP/Getty Images

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyə hazır olduğunu deyib, lakin o, ukraynalı həmkarının legitimliyini sual altına qoyub.  “TASS” informasiya agentliyi bildirir ki, Putin bunu iyunun 19-da Sankt-Peterburqda dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşdə bildirib.  "Mən hamı ilə, o cümlədən Zelenski ilə də görüşməyə hazıram. Əgər Ukrayna dövləti danışıqlar aparmaq üçün kiməsə etibar edirsə, buyursun, qoy bu Zelenski olsun. Məsələ bunda deyil. Məsələ ondadır ki, sənədləri kim imzalayacaq" – deyə Rusiya lideri qeyd edib.  "Bütün hərbi rəhbərlər, nazirlər, qubernatorlar prezidentlər tərəfindən təyin olunur. Orada 'uyğun gəlir-gəlmir' məsələsi yoxdur. Amma birinci şəxs özü qeyri-legitimdirsə, bütün hakimiyyət sistemi...
Dünya

Xamenei: “İran xalqı heç vaxt təslim olmayacaq”

18 İyun 2025

Foto: Reuters

İranın Ali dini lideri Ayətullah Əli Xamenei ABŞ prezidenti Donald Trampın “şərtsiz təslim olmaq” çağırışına cavab verərək deyib ki, İran xalqı “heç vaxt təslim olmayacaq”.  Onun mesajı dövlət televiziyasında oxunub. Xamenei bildirib ki, İran İsraillə münaqişədə “ABŞ-ın istənilən hərbi müdaxiləsinə” cavab verəcək və bu, “şübhəsiz ki, düzəlməz zərərə gətirib çıxaracaq”. “Radio Fərda” onun sözlərini sitat gətirib: "İran xalqı tətbiq edilən sülhə qəti şəkildə qarşı çıxacağı kimi, tətbiq edilən müharibəyə də qəti şəkildə qarşı çıxacaq".  Xamenei əlavə edib ki, “İranı, İran xalqını və onun tarixini bilən müdrik insanlar heç vaxt bu xalqla təhdid dili ilə danışmayacaqlar”. Donald Tramp da bir gün əvvəl demişdi...

Seçilmiş Videolar

Toplum TV loqo