Foto: AFP/Getty Images
Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyə hazır olduğunu deyib, lakin o, ukraynalı həmkarının legitimliyini sual altına qoyub.
“TASS” informasiya agentliyi bildirir ki, Putin bunu iyunun 19-da Sankt-Peterburqda dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşdə bildirib.
"Mən hamı ilə, o cümlədən Zelenski ilə də görüşməyə hazıram. Əgər Ukrayna dövləti danışıqlar aparmaq üçün kiməsə etibar edirsə, buyursun, qoy bu Zelenski olsun. Məsələ bunda deyil. Məsələ ondadır ki, sənədləri kim imzalayacaq" – deyə Rusiya lideri qeyd edib.
"Bütün hərbi rəhbərlər, nazirlər, qubernatorlar prezidentlər tərəfindən təyin olunur. Orada 'uyğun gəlir-gəlmir' məsələsi yoxdur. Amma birinci şəxs özü qeyri-legitimdirsə, bütün hakimiyyət sistemi qeyri-legitim olur. Mən bunu niyə deyirəm?.. Əks halda, bilirsiniz, sabah başqası gəlib bu sənədləri zibil qutusuna atacaq. Bu isə mümkün deyil, biz axı ciddi məsələləri həll edirik," – Putin əlavə edib.
Ukrayna və Rusiya nümayəndələri sonuncu dəfə iyunun 2-də İstanbulda danışıqlar aparıblar. Danışıqlarda müharibə əsirlərinin mübadiləsi və danışıqları davam etdirmək barədə razılığa gəlinsə də, tərəflər arasında atəşkəs barədə hələ də razılıq əldə olunmayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: açıq mənbə
Foto: Reuters
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Ruslan İzzətli oğluna məktub yazıb: “Fərqli düşünməyin cəzası həbsxanadır”
Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb
Beynəlxalq təşkilatlar prokurorun “Abzas”çılara istədiyi cəzanı pisləyir
Fərid Mehralızadə: “365 gündür ki, ədalətin qətl edilməsinə şahidlik edirəm"