İqtisadiyyat

Rusiyanın iqtisadiyyat naziri: “Ölkə böhranın astanasındadır” 

20 İyun, 2025
420

Foto: Getty Images

Rusiyanın iqtisadiyyat naziri Maksim Reşetnikov ölkəsinin iqtisadi böhranın astanasında olduğunu deyib. 

Rusiya mətbuatı bildirir ki, nazir bunu iyunun 19-da Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda səsləndirib. 

“Rəqəmlər iqtisadiyyatın “soyumağa” başladığını göstərir, amma bütün bu göstəricilər, əslində, keçmişə baxış kimidir. Hazırda bizneslərin vəziyyətinə və göstəricilərə əsaslansaq, mənə elə gəlir ki, biz artıq iqtisadi böhranın astanasındayıq”, - o qeyd edib. 

2022-ci ilin fevralında Rusiyanın Ukraynanı işğal etməsindən sonra bir sıra sanksiyalarla üzləşən ölkə iqtisadiyyat, bu vaxta qədər, proqnozlardan daha yaxşı nəticə göstərib. Müdafiə xərclərinin yüksək olması iqtisadi artımı stimullaşdırıb və inflyasiyanı artırmasına baxmayaraq, işsizliyi aşağı səviyyədə saxlayıb. 

Eyni zamanda, Rusiya hökuməti əməkhaqlarını inflyasiya ilə ayaqlaşmaq üçün artırıb. 

İqtisadçılar uzun müddətdir hərbi sahədən kənar sahələrə investisiyaların azlığı səbəbindən iqtisadiyyata artan təzyiq və böhran ehtimalı barədə xəbərdarlıq edirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Dünya Bankı: “Azərbaycanda qanunlar qadınların işləməyinə imkan versə də, onların effektiv icrası üçün mexanizmlər tam formalaşmayıb”

4 Mart 2026

Foto: açıq mənbə

Dünya Bankı ölkələrdə qadınların iqtisadi hüquqlarını və fəallığını qiymətləndirən “Qadınlar, Biznes və Hüquq” hesabatını dərc edib.  Hesabatda Azərbaycan 100 ballıq şkalada qadınların iqtisadi hüquqlarını təmin edən qanunvericilik üzrə 72,18 bal toplayıb. Qanunların tətbiqi üzrə qiymətləndirmədə isə Azərbaycana 59,12 bal verilib.  Hesabatda bildirilib ki, Azərbaycanda qanunlar qadınların iqtisadi fəaliyyətinə imkan versə də, onların effektiv icrası üçün institusional və sosial mexanizmlər tam formalaşmayıb. 190 ölkəni əhatə edən hesabatda qlobal miqyasda da qanunvericiliklə hüquqların tətbiqi arasında fərqin qalmaqda davam etdiyi qeyd olunub.  Dünya Bankının hesabatı qadınların iqtisadi imkanlarını 10 sahə üzrə qiymətləndirir. Bunlara təhlükəsizlik, əmək fəaliyyəti, əməkhaqqı, sahibkarlıq, nikah, valideynlik, uşaq baxımı, aktivlər...
İqtisadiyyat

Azərbaycanda siqaret istehsalı 38% artıb, tütün istehsalı 67% azalıb

23 Fevral 2026

Foto: açıq mənbə

2026-cı ilin yanvar ayında Azərbaycanda 1 milyard 194 milyon ədəd siqaret istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin yanvar ayı ilə müqayisədə 38,1% çoxdur.  Bununla belə, ötən ay 49,9 ton tütün istehsal edilib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 66,8 faiz azdır.  2025-ci ildə Azərbaycana, ümumilikdə, 5 milyon 642 min ABŞ dolları dəyərində 225 milyon ədəd siqaret idxal edilib.  Eyni dövrdə Azərbaycandan 11 ölkəyə 46 milyon 635 min ABŞ dolları dəyərində 2 milyard 959 milyon ədəd siqaret isə ixrac olunub.

Seçilmiş Videolar

Toplum TV loqo