Dünya

Pəhləvi azərbaycanlılara: "Ayrı-seçkilik görməməyiniz üçün çalışacam"

5 mart, 2026
188

Foto: Reuters

Keçmiş İran şahının oğlu Rza Pəhləvi İrana ABŞ və İsrailin birgə hücumlar etdiyi bir vaxtda bu ölkədə yaşayan etnik azlıqlara müraciət edib. 

Pəhləvi "X" səhifəsində paylaşdığı videomüraciətdə azərbaycanlılar, kürdlər, lurlar, yaresanlar və başqa xalqlara xitab edərək onları birliyə çağırıb.

“İslam Respublikası hakimiyyəti ələ keçirdiyi ilk gündən bu günə qədər siz bu zalım və cinayətkar rejimin qəzəbinin və təqiblərinin hədəfi olmusunuz, lakin heç vaxt təslim olmağa razılaşmadınız. Son 47 il ərzində, xüsusilə milli ‘Şir və Günəş’ inqilabı zamanı, azadlıq və ölkəmizi geri almaq yolunda onlarla şəhid vermisiniz", - o deyib. 

Keçmiş şahzadə söz verib ki, onun rəhbərliyi altında etnik azlıqlar ayrı-seçkiliyə məruz qalmayacaq. 

“Sabahkı İranda - dinin dövlətdən ayrılmasına, qanunun aliliyinə və bərabər vətəndaşlıq hüquqlarına əsaslanan bir hökumət qurulduqda sizin artıq ayrı-seçkiliklə üzləşməməyiniz üçün bütün gücümlə çalışacağam. Siz kimliyiniz qorunmaqla və azad şəkildə digər hər bir iranlı kimi yaşaya biləcəksiniz və azad bir İranın nemətlərindən ədalətli şəkildə faydalanacaqsınız", - Pəhləvi qeyd edib. 

“Biz bu rejimin süqutunun astanasındayıq. Lakin ayıq-sayıq və hazırlıqlı olmalıyıq, həmçinin həmişə İran torpağına tamahkar gözlə baxmış fürsətcil qüvvələrin mövcud vəziyyətdən sui-istifadə etməsinə imkan verməməliyik. İnanıram ki, milli iradə və birlik sayəsində sizi və bütün digər iranlıları parlaq bir gələcək gözləyir", - o əlavə edib. 

Pəhləvi daha öncə ABŞ və İsrailin İrana hücumlarını dəstəkləyib. O, İranda hakimiyyət dəyişikliyi baş verəcəyi təqdirdə yaradılacaq keçid hökumətinə başçılıq etməyə iddialıdır. 

ABŞ prezidenti Donald Tramp isə bir neçə dəfə jurnalistlərə açıqlamasında Pəhləvinin İranı idarə edə biləcəyinə şübhəli ilə yanaşdığını deyib. 

Fevralın 28-də ABŞ və İsrail ordusu İrana havadan zərbələr endirməyə başlayıb. İran da qarşılığında Yaxın Şərqdəki ABŞ bazalarına, İsrailə, habelə digər Yaxın Şərq ölkələrinə raket zərbələri endirir. 

İranın Qırmızı Aypara Cəmiyyətinin martın 4-ə olan məlumatına görə, İranda ölənlərin sayı 1000-i keçib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib

6 noyabr 2026

Foto: Chatgpt

ABŞ-də aralıq seçkilərdən sonra texnologiya şirkətlərinin səhmləri kəskin ucuzlaşıb. BBC-nin Rus xidməti yazır ki, eniş investorların süni intellektə yatırılan böyük məbləğlərin gəlirliliyi və məlumat mərkəzlərinin tikintisinə mümkün məhdudiyyətlərlə bağlı narahatlıqları fonunda baş verib. Noyabrın 5-də ABŞ-nin yüksək texnologiya şirkətlərini birləşdirən “Nasdaq Composite” indeksi 5,5 faizdən çox geriləyib. “Dow Jones”un hesablamasına görə, indeksdə yer alan şirkətlərin ümumi bazar dəyəri təxminən 2,5 trilyon dollar azalıb. Bu rəqəm yalnız süni intellekt şirkətlərinin deyil, “Nasdaq”dakı bütün şirkətlərin dəyər itkisini əhatə edir. Noyabrın 6-da Cənub-Şərqi Asiya və Avropa bazarlarında da eniş davam edib. Avropanın əsas fond indekslərindən biri olan “STOXX 600” səhər saatlarında təxminən 1...
Dünya

Xameneinin müşaviri: “İran özünü Cənubi Qafqazda təhlükəsizliyi qorumaqdan məsul hiss edir”

6 noyabr 2026

açıq mənbə

İranın ali rəhbəri Müctəba Xameneinin müşaviri Əli Əkbər Vilayəti Tehranın Cənubi Qafqazın təhlükəsizliyi ilə bağlı mövqeyinin dəyişməz olduğunu bəyan edib. Vilayəti “Ettelaat” qəzetində dərc olunan məqaləsində bildirib ki, İran Rusiyanın regionda iştirakının olub-olmamasından asılı olmayaraq, özünü Cənubi Qafqazda təhlükəsizliyin qorunmasına məsul hesab edir. O, Ermənistan parlamentinin “Tramp marşrutu” (TRIPP) layihəsini təsdiqləməsini və “Zəngəzur dəhlizi”nin yaradılması ilə bağlı təşəbbüsləri kəskin tənqid edib. Vilayətinin sözlərinə görə, bu layihə Azərbaycanla Naxçıvan arasında Ermənistanın nəzarət-buraxılış məntəqələri olmadan əlaqə yaradılmasını nəzərdə tutur və İran buna qəti şəkildə qarşı çıxır. İranlı rəsmi Ermənistanın baş naziri Nikol Paşinyanın siyasətini də tənqid edib, onun son illərdəki addımlarının Ermənistanın...

Seçilmiş Videolar

Toplum TV loqo