Dünya

Putin: “Haqq və ədalət bizim tərəfimizdədir”

9 May, 2025
159

AP

Rusiya Prezidenti Vladimir Putin Moskvada qələbənin 80 illiyi münasibətilə keçirilən hərbi paradda deyib ki, ölkəsi İkinci Dünya Müharibəsindən “çıxarılan dərsləri” xatırlayır.

O bildirib ki, Rusiya “hadisələrin təhrif edilməsi, cəlladlara haqq qazandırmaq və əsl qaliblərə böhtan atmaq cəhdləri ilə heç vaxt razılaşmayacaq”. 

“Bizim vəzifəmiz Qırmızı Ordunun əsgər və komandirlərinin şərəfini qorumaqdır. Rusiya nasizm, rusofobiya, antisemitizm qarşısında sarsılmaz bir maneə idi və belə də olacaq. Biz bu təhqirlərlə mübarizə aparacağıq. Haqq və ədalət bizim tərəfimizdədir”, - Putin əlavə edib. 

Rusiya prezidenti Ukraynaya qarşı 2022-ci ilin fevralından bəri apardığı müharibəyə də toxunub. O bildirib ki, bütün Rusiya xalqı “xüsusi hərbi əməliyyatı” dəstəkləyir. 

“Biz əsgərlərimizin cəsarəti, qətiyyəti, mətanəti ilə fəxr edirik ki, bu da bizə həmişə yalnız qələbə gətirir”, - o deyib. 

Moskvada keçirilən paradı seyr etmək üçün Çin Prezidenti Si Cinpin də daxil olmaqla 20 ölkənin lideri səfər edib. 

Azərbaycan Prezidenti İlham Əliyev də səfər planlaşdırsa da, paraddan iki gün əvvəl onun iştirak etməyəcəyi bildirilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

ABŞ İranın nüvə obyektlərini bombalayıb

22 İyun 2025

Foto: CBS

ABŞ İranın nüvə istehsalı müəssisələrinə zərbələr endirib. Bu barədə ABŞ Prezidenti Donald Tramp əvvəlcə "Truth Social" sosial şəbəkəsində xəbər verib.  O yazıb ki, ABŞ ordusu onun əmrilə İranın Natanz və İsfahan şəhərlərində və Fordo qəsəbəsindəki nüvə müəssisələrinə zərbələr endirib.  "Fordodakı əsas müəssisəyə bütöv bomba yükü atıldı. Təyyarələrimiz İran səmasını artıq tərk ediblər və vətənə qayıdırlar. Dünyada bunu edə biləcək başqa hərbi qüvvə yoxdur! İndi isə sülh vaxtıdır", - Tramp qeyd edib. Daha sonra Ağ Evdə çıxış edən prezident əməliyyatı "möhtəşəm hərbi uğur" adlandırıb və bununla İranın nüvə müəssisələrinin "tamamilə sıradan çıxarıldığını" iddia edib.  O, həmçinin, İrana sülhə gəlməyəcəyi təqdirdə əlavə...
Dünya

Fatih Altaylı saxlanılıb

21 İyun 2025

Foto: Sosial media

Türkiyəli jurnalist Fatih Altaylı saxlanılıb. Bu barədə iyunun 21-də jurnalistin həat yoldaşı məlumat yayıb. “Bir qədər əvvəl Fatehi apardılar. Hara apardıqlarını bilmirik”, - jurnalistin xanımı Hande Altaylı yazıb. Jurnalistin saxlanılması ilə bağlı İstanbul Baş Prokurorluğu tərəfindən verilən açıqlamada belə deyilir: “YouTube” sosial media kanalında 20.06.2025-ci il tarixli yayımda prezident Rəcəb Tayyib Ərdoğana qarşı hədə yönümlü, təhdid xarakterli ifadələr işlətdiyi üçün Fatih Altaylı barəsində istintaqa başlanılıb”. Məlumata görə, Fatih Altaylı barəsində davam edən istintaq çərçivəsində prokurorluğun göstərişi ilə saxlanılıb.

Seçilmiş Videolar

slide 3 of 6

Davamlı Mövzular

slide 7 to 10 of 8
Toplum TV loqo