Dünya

Rusiya bu dəfə Pavloqradı vurub, biri uşaq olmaqla üç nəfər ölüb

25 Aprel, 2025
19

Dnepropetrovsk vilayət prokurorluğu

Aprelin 25-nə keçən gecə Rusiya hərbi qüvvələri Ukraynanın Pavlovqrad və Dnepropetrovsk vilayətinin bir neçə digər yaşayış məntəqəsinə zərbələr endirib.

Məlumatı yerli hakimiyyət orqanları təsdiqləyib.

"Təəssüf ki, Pavloqradda artıq üç ölü var. Onların arasında bir uşaq da var. Fövqəladə xilasetmə əməliyyatları davam edir", - vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak bildirib.

Onun sözlərinə görə, hücum nəticəsində həlak olanlardan biri 76 yaşlı qadındır. Daha 8 nəfər xəsarət alıb, onlardan 6-sı xəstəxanaya yerləşdirilib. 

Hücum nəticəsində Pavloqradda beşmərtəbəli bina yanıb.

Ötən gecə də Ukraynanın paytaxtı Kiyev raket və pilotsuz uçuş aparatının hücumuna məruz qalmışdı.

Nəticədə azı 9 nəfər ölüb, 60-dan çox adam yaralanıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Çeçenistanda polisə hücumda ittiham edilən yeniyetmənin meyiti basdırılmır

25 Aprel 2025

sosial media

Çeçenistan hakimiyyətinin patrul əməkdaşlarına hücumda ittiham etdiyi 17 yaşlı yeniyetmənin meyiti iki həftədən çoxdur basdırılmır.  Yerli müxalif hərəkat NIYSO-nun xəbər verdiyinə görə, polis tərəfindən öldürülməsindən 17 gün keçməsinə baxmayaraq, yeniyetmənin meyiti hələ də Açxoy-Martan şəhərinin polis idarəsində zibil qutularının yanında saxlanılır.  Çeçenistanda hüquq-mühafizə orqanları əməkdaşlarına hücum aprelin 7-də axşam saatlarında baş verib. Hadisə nəticəsində 2 yol polisi əməkdaşı bıçaqlanıb, onlardan biri xəstəxanada ölüb. Hücumu həyata keçirdiyi deyilən 17 yaşlı Xumaşev soyadlı yeniyetmə hadisə yerindəcə öldürülüb. Hadisənin səbəbləri məlum deyil. Yerli məmurlar Ramzan Kadırovun qətlə yetirilən şəxsin qohumlarının Çeçenistandan çıxarılacağı və əmlaklarının dövlətə keçəcəyi ilə bağlı sözlərini təsdiqləyiblər. İddialarıdan biri də...
Dünya

Tramp “erməni soyqırımı” ifadəsini işlətməyib

25 Aprel 2025

Reuters

ABŞ Prezidenti Donald Tramp aprelin 24-də 1915-ci ildə Osmanlı imperiyası ərazilərində ermənilərin kütləvi ölümünü anarkən “soyqırımı” ifadəsini işlətməkdən imtina edib.  "Bu gün biz Meds Yeqherni (ermənicədən tərcümədə Böyük Şər Cinayəti - red.) anırıq və XX əsrin ən dəhşətli fəlakətlərindən birində əziyyət çəkən o gözəl ruhların xatirəsini yad edirik. 1915-ci ildən başlayaraq Osmanlı İmperiyasının son illərində bir milyon yarım erməni sürgünə göndərildi və onlar ölümə doğru yürüdü. Bu Anım Günündə biz yenidən Amerikada və bütün dünyadakı Böyük Erməni İcmasına qoşularaq, həlak olan çoxlu sayda insan üçün yas tuturuq", – Trampın bəyanatında yazılıb.  Bu, əvvəlki prezident Co Baydenin yanaşması ilə ziddiyət təşkil...

Seçilmiş Videolar

Toplum TV loqo