Zelenski: “Şimali Koreya Rusiyaya təxminən 10 min hərbçi göndərməyə hazırlaşır”
forbes.ua
Ukrayna prezidenti Volodimir Zelenski Şimali Koreyanın Rusiyaya təxminən 10 min hərbçi göndərməyə hazırlaşdığını deyib.
Zelenski bunu sentyabrın 28-də axşam müraciətində Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin hesabatına istinadən bildirib.
Onun sözlərinə görə, hərbçilərin seçilməsi, hazırlığı və sonradan Rusiyaya göndərilməsi prosesi davam edir.
Zelenski hazırda Rusiyada 8 mindən çox Şimali Koreya hərbçisinin olduğunu da deyib.
Ukrayna prezidenti Rusiyanın Şimali Koreyanın yardımının əvəzini texnologiya ilə ödədiyini bildirib. Onun sözlərinə görə, bunun qarşılığında Şimali Koreyada “Şahed” tipli pilotsuz uçuş aparatlarının istehsalı qurulub.
“Şər məhz belə yayılır”, - Zelenski qeyd edib.
Şimali Koreyanın Rusiyaya hərbçi göndərməsi barədə məlumat ilk dəfə 2024-cü ilin oktyabrında yayılıb. Kreml bunu 2025-ci ilin aprelində təsdiqləyib.
Cənubi Koreya kəşfiyyatına istinad edən “Yonhap” agentliyi Rusiya-Ukrayna sərhədindəki döyüşlərdə təxminən 6 min Şimali Koreya hərbçisinin öldüyünü və ya yaralandığını bildirib. BBC isə cəbhədə həlak olan 2304 Şimali Koreya hərbçisinin şəxsiyyətini müəyyən etdiyini yazıb.
BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı sanksiyalarının icrasını izləyən Çoxtərəfli Monitorinq Qrupunun (MSMT) məlumatına görə, 25 minədək Şimali Koreya vətəndaşı Rusiyada pilotsuz uçuş aparatı istehsal edən müəssisələrdə işləyə bilər.
Qurum onların BMT-nin Şimali Koreya vətəndaşlarının xaricdə işləməsinə qoyduğu məhdudiyyətlərdən yan keçmək üçün tələbə vizaları ilə rəsmiləşdirildiyini bildirir.
İşçilərin əsas hissəsinin Vladivostok, Xabarovsk və Saxalində, bir qisminin isə Moskva, Sankt-Peterburq və İrkutskda olduğu deyilir. MSMT-yə görə, minədək Şimali Koreya vətəndaşı müdafiə sənayesi müəssisələri, poladəritmə və gəmiqayırma zavodları kimi strateji əhəmiyyətli obyektlərdə çalışır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
moskvichmag.ru
şəxsi arxivi
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”