Meloni İtaliyada yanacaq qiymətinin sabit qalmasına görə Əliyevə təşəkkür edib
president.az
İtaliyanın baş naziri Corcia Meloni Azərbaycan prezidenti İlham Əliyev və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfə təşəkkür edib.
O, bu barədə sentyabrın 27-də sosial media hesabında paylaşım edib. Meloni səbəb kimi ölkəsində yanacaq qiymətlərinin sabit qalması üçün SOCAR tərəfindən idarə olunan şirkətin atdığı addımı göstərib.
"'Eni'dən sonra IP də bütün ölkə ərazisində yanacağın qiymətlərinə yuxarı hədd qoymaq qərarına gəlib. Bu, İtaliya ailələrinə göstərilən diqqətin mühüm göstəricisidir və yanacağın bahalaşmasının qarşısının alınmasına real töhfə verməyin mümkün olduğunu təsdiqləyir", - o qeyd edib.
Meloni bu addımın iki ölkə arasında əməkdaşlığı daha da möhkəmləndirdiyini əlavə edib.
"Italiana Petroli" (IP) şirkətinin 3 milyard avro dəyərində olan səhmləri bu ilin fevralında SOCAR tərəfindən alınıb.
IP İtaliyada neft emalı və satışı sahəsində ən böyük şirkətlərdən biridir. Şirkət ölkə üzrə minlərlə yanacaqdoldurma məntəqəsinə və illik təxminən 10 milyon ton gücə malik iki neftayırma zavoduna sahibdir.
Razılaşma çərçivəsində SOCAR IP brendi altında fəaliyyət göstərən 4600-dən çox yanacaqdoldurma məntəqəsi üzərində nəzarət, eləcə də neft emalı imkanları qazanıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
şəxsi arxivi
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”